|
|
 Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda martın 1-3-də "Çökmə örtüyünün geoloji mühitinin fiziki-mexaniki vəziyyətinə müasir geodinamikanın təsiri" mövzusunda beynəlxalq seminar keçiriləcək.
|
 Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələrinin bölmələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.
|
 Sakit okeanda, Yaponiya sahilləri yaxınlığında güclü zəlzələ baş verib. APA-nın məlumatına görə, episentrdə yeraltı təkanların gücü Rixter şkalası ilə 7,3 bal təşkil edib.
|
 Rusiya Azərbaycan Gənclər Təşkilatı Moskvanın "President-Hotel" mehmanxana kompleksinin "Bolşoy Petrovski" zalında "Xocalıya ədalət" kampaniyasının birillik nəticələri ilə bağlı tədbir keçirib.
|
 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radiotezliklər üzrə Dövlət Komissiyası (RDK) avialaynerlərin bortunda mobil rabitə xidmətinin istifadəsi məsələsini nəzərdən keçirib. Bu barədə Trend Capital-a RDK-nın rəisi Əflatun Məmmədov məlumat verib.
|
 Bakı metropoliteni "28 may" və "C.Cabbarlı" stansiyalarında qatarların hərəkətinə nəzarət və avtomatik idarəetmə sisteminin alınması üçün tender elan edib.
|
 Cənubi Koreyada Xocalı soyqırımının 18-ci ildönümü qeyd ediləcək və "Xocalıya Ədalət" kampaniyasının 1 illik fəaliyyətinin təqdimatı keçiriləcək. Məlumatı cümə günü Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
|
 Azərbaycanda fəaliyyət göstərən Azərbaycan International Mining Company Limited Şirkəti (AIMC) Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsünün (EITI) Azərbaycanda tətbiqinə dair memorandumuna qoşulub.
|
 Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da BMT-nin rezident əlaqələndiricisi Bruno Puezanı fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib. APA-nın məlumatına görə, dövlət başçısı B. Puezanın ölkəmizdəki fəaliyyəti dövründə bir çox mühüm tədbirlərin həyata keçirildiyini, Azərbaycanla BMT arasında əməkdaşlığın uğurla davam etdiyini bildirib.
|
 “Konqresin erməni soyqırımına dair hər hansı qətnamə qəbul etməsi arzuolunmazdır. Hamımızın Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına çalışdığımız hazırkı məqamda bu cür qətnamə prosesə fayda ver bilməz”.
|
 Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərinin icmanın münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesində iştirakına ehtiyac yoxdur.
|
 Azərbaycanda 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar olaraq "Azərenerji" SC respublikanın dağlıq rayonlarında kiçik su elektrik stansiyalarının inşasına başlamağı nəzərdə tutur. Bu barədə cümə günü SC-in prezidenti Etibar Pirverdiyev bildirib.
|
 Azərbaycanda yanvarda istehlak qiymətlərinin artması proqnozlar çərçivəsində baş verib ki, bu proqnozlar da 2009-cu ildə aşağı qiymət bazasının əsasında formalaşıb.
|
 Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində qoşunların təmas xəttində Azərbaycanın mülki vətəndaşı yaralanıb.
|
 Azərbaycan əlini çəkməyəcək və Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün səylərini davam etdirəcək.
|
 ABŞ-ın Corc Vaşinqton Universitetində Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbirdə Azərbaycan-Amerika Şurası (AAŞ), Amerikadakı Azərbaycan Cəmiyyəti (AAC), Amerika-Türk Assosiasiyaları Assambleyası, Corc Vaşinqton Universitetinin Türk Tələbə Assosiasiyası və Azərbaycan Tələbələri Birliyinin nümayəndələri iştirak ediblər.
|
 «İRƏLİ» İctimai Birliyinin Avropanın müxtəlif ölkələrində Xocalı Soyqırımı ilə əlaqədar keçirəcəyi növbəti aksiya 26 Fevral, saat 12:00-da Böyük Britaniyanın parlament binasının qarşısında, məşhur «Parliament Square» meydanında baş tutacaq.
|
 Əfqanıstanın paytaxtı Kabil şəhərində dəhşətli partlayış baş verib. Bu haqda APA AFP-yə istinadən məlumat yayıb.
|
 «Rusiyanın Ermənistanda iqtisadi maraqları yoxdur». Rusiyalı politoloq və tarixçi Darya Mitina belə hesab edir. «Azərbaycana gəldikdə isə vəziyyət başqadır. Burada obyektiv olaraq iqtisadi maraqlar daha çoxdur, lakin Rusiya özü-özünü bu qarşılıqlı əlaqələr meydanından çıxarıb.
|
 Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 18 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.
|
 Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatlarının vasitəsilə Gəncə-Qazax iqtisadi rayonunda işləyən sahibkarlara ümumi məbləği 800 min manat olan 57 güzəştli kredit ayırıb. Bu barədə nazirliyin çərşənbə günü yayılan məlumatında deyilir.
|
 Azərbaycanın Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin həyata keçirdiyi "İşğal olunmuş torpaqlarımızı unutmayaq" layihəsi icrasına başlayıb.
|
 Azərbaycan Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi telefon rabitə şəbəkəsində nömrələrin köçürülməsi xidmətinin tətbiqi üçün telekommunikasiya avadanlıqlarının istehsalçıları ilə danışıqlar aparır. Bu barədə cümə axşamı rabitə nazirinin müavini İltimas Məmmədov bildirib.
|
 Bu ilin birinci rübündə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycanda üç yanacaq doldurma məntəqəsi (YDM) istismara verməyi planlaşdırır. Cari ilin ikinci rübündə ARDNŞ-nin şəxsi brendi altında fəaliyyət göstərən YDM-in sayı 10 ədədə çatacaq. Bu barədə ARDNŞ-nin rəhbəri Rövnəq Abdulayev cümə axşamı deyib.
|
|
|