|
|
 İndoneziya Azərbaycanda səfirlik açır. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin İndoneziya XİN-ə istinadən verdiyi məlumatda deyilir.
|
 Azərbaycanda yanvar ayında 491 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərketmə, 196 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.
|
 Türkiyə Azərbaycan qazının hazırkı qiymətini münasib hesab etmir və qazı yeni razılaşdırılmış qiymət üzrə alacaq. Bu barədə çərşənbə axşamı Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Ankarada mətbuat konfransında deyib.
|
 İran Xəzərdə özünün ilk kəşfiyyat quyusunun qazılmasına fevralın 11-də başlayacaq. İranın neft nazirinin müavini Seyfullah Caşnsaz bildirib.
|
 Azərbaycanda qadın sürücülər tərəfindən törədilən yol hərəkəti qaydaları pozuntularının sayı iki dəfə artıb.
|
 Azərbaycan və Küveyt gənclər təşkilatları arasında əməkdaşlıq məsələsi çərşənbə günü Bakıda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Küveytin LoYAC (Lothan Youth achievement Center) Gənclər Təşkilatının icraçı direktoru Farah al-Saddaf arasında müzakirə olunub.
|
 Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və RiskMetrics Solutions Inc. şirkəti müqavilə imzalayıb. Müqaviləyə əsasən, RiskMetrics Solutions İnc. şirkəti risklərin ölçülməsi sistemi üçün proqram təminatı üzrə ARDNF-ə xidmət göstərəcək.
|
 2009-cu ildə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı vergi sistemində uğurlu islahatların aparılmasının və dərin vergi siyasətinin həyata keçirilməsinin əsası olub. Bu barədə Azərbaycanın vergilər naziri Fazil Məmmədov Nazirliyin 2009-cu ildəki fəaliyyətinin yekunlarına və 2010-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında deyib.
|
 Azərbaycanda ali məktəblərə birinci ixtisas qrupu üzrə qəbul imtahanları Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr qərbdə) də keçiriləcək. Trend News-un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
|
 Çərşənbə günü Gürcüstanın Energetika naziri Aleksandr Hetaquri SOCAR Georgia Gas (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstanda törəmə müəssisəsi) şirkətinin yerli məktəbə qaz çəkilişi işlərini başa çatdırdığı Dmanisi kəndinə səfər edəcək.
|
 Bakıdakı ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürülməsi prosesinə bu il başlanılacaq. Trend News-un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.
|
 Gürcüstan Azərbaycanlıları Konqresinin nəzdindəki Azərbaycan-gürcü və gürcü-Azərbaycan dilləri üzrə tərcümə mərkəzi yaradılıb.
|
 Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 2009-cu il ərzində xarici ölkələrdən daxil olan müraciətlərin sayı 17 faiz artıb. Bu barədə çərşənbə günü Trend News-a fondun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib.
|
 Trend News -un Yaxın Şərq redaksiyasının Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Hami ilə müsahibəsi
|
|
|