Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri Gəncədədir » Avciya.az
az | en | ru
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illiyinə həsr olunmuş marka buraxılıb... “Ermənistan və Azərbaycan kompromisə gəlməlidir”... Türkiyədə şəhərin meri – hakim partiyanın üzvü öldürülüb... Xəzərin statusu ilə bağlı yaxın gələcəkdə önəmli qərarlar qəbul ediləcək ... Bakıda 16-cı Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi keçiriləcək... Azərbaycan Prezidenti Polşanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib... ARDNŞ "Xanlar-Balakən" magistral qaz kəmərində planlaşdırılan təmir işlərini həyata keçirir... Rusiyanın media ekspertləri Azərbaycana gəlir... Azərbaycan və İordaniya arasında gənclər və idman sahəsində ikitərəfli sazişin imzalanması müzakirə edilib... ABŞ Konqresinin atdığı addım sonadək davam edərsə, Azərbaycan Parlamenti öz mövqeyində qalacaq ...
8 Fevral 2010, 15:02    Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri Gəncədədir
Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri Gəncədədir Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Andres Herkel və Cozef Debono Qrex Azərbaycanda səfərdədirlər. Bu barədə AŞ-ın Bakıdakı nümayəndəliyi Trend News- a məlumat verib. AŞ-ın Bakıdakı nümayəndəliyinin informasiya ofisinin rəhbəri İlqar İbrahimlinin məlumatına əsasən, bu gün həmməruzəçilər Bakıdan Gəncəyə yola düşüblər.
Həmməruzəçilər Gəncədə QHT və rəsmi qurumların nümayəndələri ilə görüşlər keçirəcək.
Həmməruzəçilərin Azərbaycana səfərinə dair qərar Parisdə AŞPA-nın Monitorinq komitəsinin iclasında dekabrın 17-i 2009-cu ildə qəbul edilib.
Səfər çərçivəsində həmməruzəçilər Milli Məclis-in (parlament) sədri, Baş prokuror, ədliyyə naziri, MSK, Teleradio Yayım Milli Şurasının sədri, Ombudsman aparatının rəhbərliyi, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri, həmçinin, hakimiyyətdə olan partiyaların və müxalifət partiyalarının rəhbərləri ilə, jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub./Trend/
Kateqoriya: Xəbərlər » Ölkədə
 Dostuna yolla       Çap versiyası