Azərbaycan Münhen Təhlükəsizlik Konfransında öz problemlərini təhlükəsizlik problemlərinin sırasında göstərə bildi » Avciya.az
az | en | ru
Əmək pensiyalarının minimum səviyyəsinin artırılması üçün tədbirlər həyata keçirilir ... Təhsil naziri Azərbaycanda narkoman tələbələrin sayının çox olmasını həqiqətəuyğun hesab etmir... Qadınlar üçün kupelər ayrı təşkil edilməlidir... Rusiya və Ermənistanın XİN rəhbərləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər... Azərbaycanda 634 əcnəbi barəsində ölkəni tərketmə haqqında qərar çıxarılıb ... Azərbaycan KİV nümayəndələri Türkiyədə beynəlxalq forumda iştirak edəcəklər ... 9-cu və 11-ci siniflərdə keçirilən sınaq imtahanlarının nəticələri ötən illə müqayisədə yüksəkdir... Azərbaycan əsgərləri işğal olunmuş torpaqları azad etməyə qadirdir ... Azərbaycan hərbçiləri NATO ilə imzalanmış planlara uyğun olaraq tədbirlərdə iştirak edəcəklər... “Ukraynada yeni seçki keçirmək üçün pul yoxdur”...
8 Fevral 2010, 17:02    Azərbaycan Münhen Təhlükəsizlik Konfransında öz problemlərini təhlükəsizlik problemlərinin sırasında göstərə bildi
Azərbaycan Münhen Təhlükəsizlik Konfransında öz problemlərini təhlükəsizlik problemlərinin sırasında göstərə bildiParlamentin deputatı hesab edir ki, Azərbaycan Münhen Təhlükəsizlik Konfransında öz problemlərini dünyanın təhlükəsizlik problemlərinin sırasında göstərə bilib.
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı, şübhəsiz ki, dünya təhlükəsizlik sisteminə Azərbaycanın töhfə verməsi ilə xarakterizə olunur", - Trend News-un məlumatına görə, bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.
Mirzəzadənin sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransında, ilk növbədə, Əfqanıstandakı vəziyyət, NATO-nun rolu, qlobal problemlərin sıralanması kimi ciddi məsələlər müzakirə olunub. "Bununla yanaşı, Azərbaycan Prezidentinin qaldırdığı məsələlər də tədbir iştirakçılarının diqqətini xüsusilə cəlb edib", - millət vəkili əlavə edib.
Onun fikrincə, Münhen Təhlükəsizlik Konfransı hər il ənənəvi olaraq keçirilir və dünyanın təhlükəsizlik problemlərinin müzakirə edildiyi bir forumdur. Bu daha çox ictimai müzakirə tribunasıdır. "Ölkəmiz özünü yalnız enerji resursları ilə zəngin olan ərazi kimi Avropaya təqdim etmir. Azərbaycanın Avropa dəyərlərinə üstünlük verməsi və bu məkana inteqrasiyaya maraqlı olması da qarşı tərəfin diqqətindən qaçmır. Çünki ölkəmiz özünü yalnız enerji resursları ilə zəngin olan ərazi kimi Avropaya təqdim etmir", - Siyasi Şura üzvü vurğulayıb.
Millət vəkili deyib ki, Azərbaycan iqtisadi, humanitar, mədəni sahələrdə də Avropaya töhfəsini verməkdədir. "Eyni zamanda, Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ məsələsi də dünyanın diqqətinə çatdırılıb. Prezident İlham Əliyevin çıxışı bu baxımdan konfransda böyük maraqla qarşılanıb. Prezident enerji təhlükəsizliyi məsələsində Azərbaycanın Avropa ilə əməkdaşlığa hazır olduğunu bəyan etdi. Hazırda Azərbaycan üçün ən vacib problem Ermənistanın təcavüzüdür. Müzakirələrdən aydın oldu ki, dünya bu problemin həllinə maraqlıdır. Ölkəmizin rəhbəri konfransda bir daha vurğuladı ki, Azərbaycan Dağlıq Qarabağın müstəqil olmasına heç vaxt razılıq verməyəcək", - Mirzəzadə xatırladıb.
Mirzəzadə hesab edir ki, bütövlükdə Münhen konfransı Azərbaycanın mövqeyini çox dərindən qəbul etdi. "Ümumiyyətlə, Azərbaycan öz problemlərini dünyanın təhlükəsizlik problemlərinin sırasında göstərə bildi. Bu, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir", - o deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib./Trend/
Kateqoriya: Qarabağ » Xəbərlər (Qarabağ)
 Dostuna yolla       Çap versiyası