Azərbaycan "Prescient Worldwide" şirkətinə etiraz məktubu göndərib » Avciya.az
az | en | ru
“Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə”... Azərbaycan qatarlarının Dağıstan dəmir yolu ilə hərəkəti yaxın vaxtlarda bərpa olunacaq ... Azərbaycanda ötən il 300-dən çox mətbu nəşr qeydə alınıb... Dövlətin və KİV-in inkişaf templəri üst-üstə düşməlidir ... Dağlıq Qarabağ münaqişəsinin uzanması təhlükəli vəziyyət yaradır ... Nəqliyyat Nazirliyi Bakı buxtası üzərindən keçəcək körpünün layihəsi üzrə müqavilə imzalayıb ... Avropa Şurası Azərbaycanda parlament seçkiləri ilə bağlı yardım proqramı qəbul edib... Serj Sarkisyan: «Bakı Qarabağ münaqişəsini hərbi yolla həll etmək məqsədini gizlətmir»... Dağlıq Qarabağ münaqişəsi Ermənistan-Türkiyə-Azərbaycan üçbucağının bir hissəsidir... ATƏT PA sədri: Dağlıq Qarabağ probleminin həlli vaxtı çatıb...
8 Fevral 2010, 18:02    Azərbaycan "Prescient Worldwide" şirkətinə etiraz məktubu göndərib
Azərbaycan "Prescient Worldwide" şirkətinə etiraz məktubu göndəribAzərbaycan Xarici İşlər Nazirliyinin müvafiq göstərişi əsasında, "Prescient Worldwide" telefon şirkətinin rəsmi internet ünvanının beynəlxalq tariflər bölməsində Dağlıq Qarabağın Ermənistan ərazisi kimi göstərilməsi ilə əlaqədar olaraq Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən sözügedən şirkətin rəhbəri Riçard Minervinoya etiraz məktubu göndərilib. Trend News-un məlumatına görə, məlumatı XİN-in mətbuat xidməti məlumat yayıb.
Etiraz məktubunda həmin kobud səhvin düzəldilməsi və gələcəkdə belə səhvlərə yol verilməməsi tələb edilib.
Cavab məktubunda Minervino adıçəkilən şirkətin internet ünvanında məlumatın düzəldilməsi üçün müvafiq tədbirlərin görüldüyünü və gələcəkdə belə səhvlərin təkrarlanmayacağını bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib./Trend/
Kateqoriya: Qarabağ » Xəbərlər (Qarabağ)
 Dostuna yolla       Çap versiyası