Azərbaycanda hava bu həftə yaxşılaşacaq - Ekologiya Nazirliyi » Avciya.az
az | en | ru
“Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə”... Azərbaycan qatarlarının Dağıstan dəmir yolu ilə hərəkəti yaxın vaxtlarda bərpa olunacaq ... Azərbaycanda ötən il 300-dən çox mətbu nəşr qeydə alınıb... Dövlətin və KİV-in inkişaf templəri üst-üstə düşməlidir ... Dağlıq Qarabağ münaqişəsinin uzanması təhlükəli vəziyyət yaradır ... Nəqliyyat Nazirliyi Bakı buxtası üzərindən keçəcək körpünün layihəsi üzrə müqavilə imzalayıb ... Avropa Şurası Azərbaycanda parlament seçkiləri ilə bağlı yardım proqramı qəbul edib... Serj Sarkisyan: «Bakı Qarabağ münaqişəsini hərbi yolla həll etmək məqsədini gizlətmir»... Dağlıq Qarabağ münaqişəsi Ermənistan-Türkiyə-Azərbaycan üçbucağının bir hissəsidir... ATƏT PA sədri: Dağlıq Qarabağ probleminin həlli vaxtı çatıb...
8 Fevral 2010, 16:02    Azərbaycanda hava bu həftə yaxşılaşacaq - Ekologiya Nazirliyi
Azərbaycanda hava bu həftə yaxşılaşacaq - Ekologiya NazirliyiAzərbaycanda hava bu həftə yumşalacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya departamentinin direktoru Umeyra Tağıyeva bazar ertəsi Trend News- a bildirib.
Onun sözlərinə əsasən, ölkə rayonlarında azacıq qar yağması istisna edilmir. Aran rayonlarında havanın temperaturu gecə mənfi 3-8 dərəcə, gündüz 3-6 dərəcəyə kimi artacaq. Dağlıq yerlərdə havanın temperaturu gecə mənfi 10-15 dərəcə, gündüz mənfi 3 dərəcədən müsbət 2 dərəcəyə kimi təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında yaxın günlərdə hava, əsasən, yağıntısız keçəcək, ancaq şimal küləyi üstünlük təşkil edəcək. Gecə temperatur 2-5 dərəcə şaxta təşkil edəcək, temperaturun gündüz 3-6 dərəcəyə kimi qalxması gözlənilir. /Trend/
Kateqoriya: Xəbərlər » Ölkədə
 Dostuna yolla       Çap versiyası