Mətbuat Şurası jurnalistlərin peşəkarlığının artırılması üçün yeni layihə həyata keçirəcək » Avciya.az
az | en | ru
Əmək pensiyalarının minimum səviyyəsinin artırılması üçün tədbirlər həyata keçirilir ... Təhsil naziri Azərbaycanda narkoman tələbələrin sayının çox olmasını həqiqətəuyğun hesab etmir... Qadınlar üçün kupelər ayrı təşkil edilməlidir... Rusiya və Ermənistanın XİN rəhbərləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər... Azərbaycanda 634 əcnəbi barəsində ölkəni tərketmə haqqında qərar çıxarılıb ... Azərbaycan KİV nümayəndələri Türkiyədə beynəlxalq forumda iştirak edəcəklər ... 9-cu və 11-ci siniflərdə keçirilən sınaq imtahanlarının nəticələri ötən illə müqayisədə yüksəkdir... Azərbaycan əsgərləri işğal olunmuş torpaqları azad etməyə qadirdir ... Azərbaycan hərbçiləri NATO ilə imzalanmış planlara uyğun olaraq tədbirlərdə iştirak edəcəklər... “Ukraynada yeni seçki keçirmək üçün pul yoxdur”...
8 Fevral 2010, 16:02    Mətbuat Şurası jurnalistlərin peşəkarlığının artırılması üçün yeni layihə həyata keçirəcək
Mətbuat Şurası jurnalistlərin peşəkarlığının artırılması üçün yeni layihə həyata keçirəcəkAzərbaycan Mətbuat Şurası jurnalistlərin peşəkarlığının artırılması üçün yeni layihə həyata keçirəcək.
"Jurnalistlərin peşəkarlığının artırılması məqsədilə yeni institutun yaradılmasına çox ehtiyac olduğundan, indi bu layihə ilə bağlı müzakirələr aparırıq", - bazar ertəsi Trend News-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Amaşovun sözlərinə görə, Azərbaycanda jurnalistika sahəsindəki problemlərə kompleks şəklində yanaşılmasa, ciddi uğurlar əldə etmək mümkün olmayacaq.
"Mətbuatın iqtisadi problemlərini həll etmək məqsədilə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Biz KİV-lərin reklamla bağlı problemlərinin həlli üçün də layihə hazırlayacağıq. Düşünürəm ki, xüsusən gənc jurnalistlərin peşəkarlığının artırılması məqsədilə də ayrıca layihə həyata keçirilməlidir", - Şura sədri əlavə edib.
Onun fikrincə, jurnalistlərin bir hissəsi keçmiş SSRİ dövründə, bir hissəsi müstəqilliyimiz bərpa olunandan sonra təhsil alıblar. "Amma indi jurnalistika ilə məşğul olanların bir hissəsinin nəinki jurnalistika ixtisası üzrə, hətta humanitar fənlər üzrə təhsilləri yoxdur. Bunu nəzərə alaraq gənc jurnalistləri ixtisasartırma kurslarına cəlb etmək vacibdir", - o xatırladıb.
Şura sədri deyib ki, layihə baş tutacağı halda jurnalistlərə 1 il, yaxud ilyarım təcrübəli mütəxəssislər ixtisasartırma ilə bağlı mühazirələr oxuyacaqlar. /Trend/
Kateqoriya: Xəbərlər » Ölkədə
 Dostuna yolla       Çap versiyası