Uydurma "erməni soyqırımı" təzyiqi qarşısında Türkiyə geri çəkilməyəcək » Avciya.az
az | en | ru
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illiyinə həsr olunmuş marka buraxılıb... “Ermənistan və Azərbaycan kompromisə gəlməlidir”... Türkiyədə şəhərin meri – hakim partiyanın üzvü öldürülüb... Xəzərin statusu ilə bağlı yaxın gələcəkdə önəmli qərarlar qəbul ediləcək ... Bakıda 16-cı Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi keçiriləcək... Azərbaycan Prezidenti Polşanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib... ARDNŞ "Xanlar-Balakən" magistral qaz kəmərində planlaşdırılan təmir işlərini həyata keçirir... Rusiyanın media ekspertləri Azərbaycana gəlir... Azərbaycan və İordaniya arasında gənclər və idman sahəsində ikitərəfli sazişin imzalanması müzakirə edilib... ABŞ Konqresinin atdığı addım sonadək davam edərsə, Azərbaycan Parlamenti öz mövqeyində qalacaq ...
8 Fevral 2010, 16:02    Uydurma "erməni soyqırımı" təzyiqi qarşısında Türkiyə geri çəkilməyəcək
Uydurma "erməni soyqırımı" təzyiqi qarşısında Türkiyə geri çəkilməyəcək Azərbaycanın hakim partiyası hesab edir ki, uydurma "erməni soyqırımı" təzyiqi qarşısında Türkiyə geri çəkilməyəcək.
"Erməni lobbisi qondarma soyqırımın ABŞ Konqresi tərəfindən tanınması üçün bütün səylərini işə salıb.
ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi tərəfindən mart ayında uydurma "erməni soyqırımı" məsələsinin səsverməyə çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq Türkiyə geri çəkilməyəcək", - Trend News-un məlumatına görə, bazar ertəsi Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın internet saytına bildirib.
Qurbanlının sözlərinə görə, "erməni soyqırımı"nın tanınması haqqında qətnamə layihəsi 2007-ci ilin yanvarında Kaliforniyadan olan demokrat-konqresmen Adam Şif tərəfindən Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinə təqdim edilib. "Həmin dövrdə ermənipərəst konqresmenlər bu qətnaməni komitədən keçirməyə nail olsalar da prezident tərəfindən veto qoyulması nəticəsində ABŞ Konqresində və Senatda bütövlükdə səsverməyə çıxarılmamışdı", - millət vəkili xatırladıb.
Onun fikrincə, ABŞ-da olan bədnam Erməni Milli Komitəsi bu istiqamətdə daha çox canfəşanlıq etməkdədir. "Bütün bu hərəkətlərin başlıca məqsədi Türkiyəyə təzyiq etməklə onu Ermənistanla sərhədləri açmağa sövq etməkdir. Lakin hadisələrin gedişi göstərir ki, uydurma "soyqırım" təzyiqi qarşısında Türkiyə geri çəkilməyəcək", - icra katibinin müavini vurğulayıb.
YAP 1992-ci ildə j vfxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 17 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.
Kateqoriya: Xəbərlər » Ölkədə
 Dostuna yolla       Çap versiyası