Ìàòåðèàëû çà Mart 2010 illər » Avciya.az
az | en | ru
Azərbaycanda Ramazan bayramı sentyabrın 9-10-da qeyd ediləcək... Avqustun sonunda Kür çayında suyun sərfi azalıb - Ekologiya Nazirliyi... ARDNŞ Xəzərdə bir neçə strukturda və yataqda uzaq müşahidə sistemi quraşdırıb... ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər... “Serj Sarkisyanın bəyanatı daxili auditoriyaya hesablanıb“... Ermənistan MN BQXK-nın Azərbaycan Ordusunun hərbçisi ilə bağlı sorğusuna cavab verib... Azərbaycan Auditorlar Palatası İstanbulda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək... ATƏT sammitində iştirakçıların təhlükəsizliyini təmin edəcək işçi qrupun iclası keçirilib... İyul-avqust aylarında dünyada ərzaq məhsulları 5% bahalaşıb... Sual-cavab...
31 Mart 2010, 17:03    Azərbaycanın qızıl istehsalçısı ikinci daxili maliyyə mənbəyini müəyyən edib
Azərbaycanın qızıl istehsalçısı ikinci daxili maliyyə mənbəyini müəyyən edibAzərbaycanda yeganə qızıl istehsalçısı olan "Anglo Asian Mining PLC" şirkəti "Bank Standard"dan bir milyon dollar məbləğində təmin olunmamış kredit xətti cəlb edib. Bu barədə şirkətin məlumatında bildirilir. Kredit 19 faiz illik dərəcə üzrə verilib və 2010-cu ilin dekabrında ödənilməlidir.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
31 Mart 2010, 17:03    «Erməni vandalizmi - Azərbaycanda mart soyqırımı»
«Erməni vandalizmi - Azərbaycanda mart soyqırımı»Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və «Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyi «Erməni vandalizmi - Azərbaycanda mart soyqırımı» mövzusunda Dəyirmi Masa keçirib. Dəyirmi Masanı giriş sözü ilə AMMKHM İB-nın sədri Nadir Abdullayev açaraq, ermənilərin 1905-1907 və 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törətdikləri soyqırım haqqında geniş məlumat verib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » QHT xəbərləri
31 Mart 2010, 16:03    Bakı metrosu yenə işıqsız qalıb
Bakı metrosu yenə işıqsız qalıbBakı Metropoliteninə elektrik enerjisinin verilməsi saat 15:05 radələrində bərpa olunub. Bu barədə «APA-ECONOMICS»ə Bakı Metropoliteninin hərəkət xidmətindən məlumat verilib. Nəqliyyat müəssisəsinin elektrik enerjisi ilə təchizatında bu gün yaranmış problem artıq aradan qaldırılıb və qatarların hərəkəti təmin edilib. Bakı Metropolitenindən hələ ki hadisənin baş vermə səbəbi barədə heç bir rəsmi açıqlama verilməyib.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
31 Mart 2010, 14:03    Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi ermənilərin növbəti yalanını üzə çıxarıb
Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi ermənilərin növbəti yalanını üzə çıxarıbAzərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata əsasən, qondarma "Dağlıq Qarabağ respublikasının baş naziri" kimi özünü təqdim edən Ara Arutunyanın 2009-cu ilin 18 noyabr tarixində BMT-nin binasına daxil olması və orada rəsmi görüşlər keçirdiyi barədə Ermənistanın kütləvi informasiya vasitələrinin növbəti yalanını üzə çıxıb.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
31 Mart 2010, 14:03    MDB-də gənclər siyasəti məsələləri Bakıda müzakirə olunacaq
MDB-də gənclər siyasəti məsələləri Bakıda müzakirə olunacaqGənclər siyasəti sahəsində əməkdaşlıq məsələləri aprelin 13-14-də MDB-yə üzv dövlətlərin Gənclərlə İş Üzrə Şurasının Bakıda keçirilən iclasında müzakirə ediləcək. Bu barədə MD-nin icra komitəsindən Trend News-a məlumat veriblər. İştirakçıların gənclər siyasəti sahəsində fəaliyyət koordinasiyası üzrə fikir və təcrübə mübadiləsi gözlənilir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Mart 2010, 14:03    Çanaqqalada şəhid olan azərbaycanlı əsgərlərin xatirəsinə abidə ucaldıla bilər
Çanaqqalada şəhid olan azərbaycanlı əsgərlərin xatirəsinə abidə ucaldıla bilər Türkiyədə 1915-ci ildə - Çanaqqala döyüşlərində - həlak olan 3 minə yaxın azərbaycanlı şəhid əsgərin xatirəsinə abidə ucaldıla bilər Bu barədə jurnalistlərə çərşənbə günü Türkiyədən səfərdən qayıdan Milli Məclisin deputatı Gülər Əhmədova bildirib. "Bu gün Azərbaycanda Türkiyə barədə çox geniş məlumatlar olsa da, Türkiyədə Azərbaycanı hər kəs gözəl tanımır və biz həm universitetlər, həm də orta məktəblərdə əlaqələrin yaradılmasına səy göstərməliyik.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
31 Mart 2010, 14:03    Quba rayonunda "Soyqırım memorial kompleksi"nin bünövrəsi qoyulacaq
Quba rayonunda "Soyqırım memorial kompleksi"nin bünövrəsi qoyulacaqAzərbaycanın şimalında yerləşən Quba rayonundakı kütləvi məzarlıqda yaxın vaxtlarda "Soyqırım memorial kompleksi"nin bünövrəsi qoyulacaq. Trend News-un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Quba rayonunun icra başçısı Rauf Həbibov bildirib. "Kompleksin tikintisində artıq ilkin işlərə başlanılıb. Ətraf ərazilərdə olan obyektlər və yaşayış yerlərinin köçürülməsinə başlanılıb", - Həbibov deyib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Mart 2010, 13:03    ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb
ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşübATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndi istiqamətindəki təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend News-a bu barədə məlumat verib.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
31 Mart 2010, 13:03    Azərbaycanda Səhiyyə Nazirliyinə məxsus xəstəxanada yanğın olub
Azərbaycanda Səhiyyə Nazirliyinə məxsus xəstəxanada yanğın olubFövqəladə Hallar Nazirliyinin internet saytının çərşənbə günü yaydığı məlumata görə, Beyləqan şəhərində Səhiyyə Nazirliyinə məxsus, ümumi sahəsi 1500 kv.m olan ikimərtəbəli xəstəxana binasının damında kompressor qurğusunun yanar hissələri yanıb.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Mart 2010, 13:03    Bu gün Gürcüstan dövlətçiliyinin bərpasının 19 ili tamam olur
Bu gün Gürcüstan dövlətçiliyinin bərpasının 19 ili tamam olurBu gün Gürcüstan dövlətçiliyinin bərpasının 19 ili tamam olur. 1991-ci il martın 31-də Ali Sovetin sədri Zviad Qamsaxurdianın rəhbərliyi ilə Gürcüstanın Milli Hökuməti dövlət müstəqilliyi məsələsi ilə bağlı referendum keçirib və referendum iştirakçılarına "Gürcüstan dövlətçiliyinin 1918-ci il 26 may tarixli Müstəqillik Aktı əsasında bərpasına razısınızmı?" sualını cavablandırmaq təklif olunub.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
31 Mart 2010, 11:03    Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçəcəklər
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçəcəklərMüdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend News-a verilən məlumata görə, əməkdaşlıq planına əsasən, aprelin 5-dən 9-dək İzmirdə iki ölkə arasında mina və minadanqorunma tədbirləri üzrə təcrübə mübadiləsi və yeni istehkam vasitələrinin və texnologiyalarının müzakirəsi aparılacaq.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
31 Mart 2010, 11:03    İrana qarşı sanksiyaların tətbiqi atom agentliyinin işini çətinləşdirəcək
İrana qarşı sanksiyaların tətbiqi atom agentliyinin işini çətinləşdirəcək İrana qarşı yeni sanksiyalar o deməkdir ki, beynəlxalq nüvə müfəttişləri qısa müddətdə daha gərgin iş əldə edəcəklər. Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Yukiya Amano çərşənbə axşamı Almaniyanın DPA agentliyinə müsahibəsində bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
31 Mart 2010, 10:03    31 mart – Azərbaycanlıların soyqırımı günüdür
31 mart – Azərbaycanlıların soyqırımı günüdür31 Mart soyqırımından 92 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə ediblər.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
30 Mart 2010, 16:03    "İrəli" azərbaycanlıların soyqırımına həsr olunmuş elektron aksiya keçirəcək
"İrəli" azərbaycanlıların soyqırımına həsr olunmuş elektron aksiya keçirəcək"İrəli" Azərbaycan İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Qarabağ haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üzrə tədbirlər çərçivəsində "Qarabağ sən fikirləşdiyindən də yaxındır" aksiyasına start verir. Aksiya simvolik xarakter daşıyır. Onun əsas məqsədi adamlara göstərməkdir ki, işğal olunmuş ərazilər ölkəmizin digər regionlarından daha yaxındadır, - məlumatda bildirilir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
30 Mart 2010, 15:03    Minsk qrupu tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına tərəfdar olduqlarını bildirir
Minsk qrupu tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına tərəfdar olduqlarını bildirir ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşlər keçirərək və regiona səfər edərək, tərəflərin Madrid prinsipləri çərşivəsində sülh yolu ilə nizamlanmaya nail olmağa tərəfdar olduqlarını bildirirlər. Bu barədə təşkilatın press-relizində deyilir.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
30 Mart 2010, 15:03    1918-ci ilin Mart hadisələri zamanı ermənilər 700 minə qədər azərbaycanlını qətlə yetirib
1918-ci ilin Mart hadisələri zamanı ermənilər 700 minə qədər azərbaycanlını qətlə yetirib Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini deyib ki, ermənilər XX əsrin əvvəllərindən etibarən azərbaycanlılara qarşı soyqırımlar törədiblər. "1918-ci il martın 24-də Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı başlanmış soyqırım bir neçə gün davam edib. Həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb". - Trend News-un məlumatına görə, çərşənbə axşamı hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
30 Mart 2010, 15:03    “Musa Yaqubun Poeziyası”
“Musa Yaqubun Poeziyası”Tanınmış yazıçı-publisist, dosent Allahverdi Eminovun Mütərcim Nəşriyyat və Poliqrafiya Mərkəzində yenicə çapdan çıxmış kitabı belə adlanır. Azərbaycanın görkəmli şairi, çağdaş poeziyamızın söz nəhənglərindən olan, Söz Azadlığını Müdafifiə Fondunun (SAMF) sədri Musa Yaqubun keçdiyi həyat yolu və bənzərsiz, dərin qatlara söykənən yaradıcılığını tamamilə əhatə edən kitabı təkcə ədəbi tənqid prizmasından dəyərləndirmək mümkün deyil.
Ətraflı...
Kateqoriya : Xəbərlər » QHT xəbərləri
30 Mart 2010, 15:03    Azərbaycan ABŞ-ın çox mühüm tərəfdaşıdır
Azərbaycan ABŞ-ın çox mühüm tərəfdaşıdır Azərbaycan Birləşmiş Ştatların çox mühüm tərəfdaşıdır və Qafqazda sülhü, stabilliyi dəstəkləmək üçün böyük gücdür. Bu barədə ABŞ dövlət katibinin birinci müavini Ceyms Stainberq bazar ertəsi xarici jurnalistlərlə görüşdə bildirib - İTAR-TASS xəbər verir. Diplomat bildirib ki, bir neçə ay bundan əvvəl Münhendə onun Prezident İlham Əliyevlə söhbəti baş tutub və bu zaman o, ABŞ-ın Azərbaycan ilə münasibətlərə nə dərəcədə əhəmiyyət verdiyini bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
30 Mart 2010, 11:03    Gül və Merkel Türkiyənin Aİ-yə daxil olmasını müzakirə ediblər
Gül və Merkel Türkiyənin Aİ-yə daxil olmasını müzakirə ediblərTürkiyə Prezidenti Abdullah Gül və Almaniya kansleri Angela Merkel bazar ertəsi Türkiyənin Avropa İttifaqına daxil olması prosesini və Almaniyada yaşayan türklərin inteqrasiyasını müzakirə ediblər. Bu barədə Anadolu agentliyi məlumat yayıb. Görüş zamanı Gül deyib ki, Almaniyada yaşayan türklər inteqrasiya prosesini çevik keçirirlər və keçmişlə müqayisədə böyük uğurlar əldə ediblər.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
30 Mart 2010, 11:03    İranda zəlzələ baş verib
İranda zəlzələ baş veribBu gün səhər İranın paytaxtı Tehranın şərqində yerləşən Firuzkuh şəhərində Rixter cədvəli üzrə 3,6 bal və İranın Fars əyalətinin Gəledar şəhərlərində isə 3,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend News İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb. Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz birinci zəlzələnin yerli vaxtla saat 03:04-də, ikincinin isə saat 02:58-də baş verdiyini qeyd edib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
30 Mart 2010, 11:03    Hillari Klinton və Türkiyənin XİN rəhbəri Dağlıq Qarabağ nizamlanmasını müzakirə ediblər
Hillari Klinton və Türkiyənin XİN rəhbəri Dağlıq Qarabağ nizamlanmasını müzakirə ediblərABŞ-ın dövlət katibi Hillari Klinton və Türkiyənin Baş naziri Əhməd Davudoğlu bazar günü axşam telefon söhbəti zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Filip Krouli mətbuat konfransında jurnalistlərə bildirib.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
30 Mart 2010, 11:03    Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıbEkologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə mart ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mart ayının II ongünlüyündə Kür çayında suyun sərfi mart ayının I ongünlüyünə nisbətən 670 m3/san artaraq 960 m3/san təşkil edib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
30 Mart 2010, 10:03    Azərbaycanın bəzi ərazilərinin qaz təminatı müvəqqəti dayandırılacaq
Azərbaycanın bəzi ərazilərinin qaz təminatı müvəqqəti dayandırılacaqAzərbaycanın bəzi ərazilərinin qaz təminatı çərşənbə axşamı müvəqqəti dayandırılacaq. Bu barədə ARDNŞ-dən xəbər verilib. Təmir-bərpa işləri ilə əlaqədar mart ayının 30-da saat 09.00-dan 18.00-dək Ağdaş və Şəmsabad Qazpaylayıcı Stansiyalarında, saat 10.00-dan 18.00-dək Ağstafa və Köçəsgər Qazpaylayıcı Stansiyalarında, qaz sızmasının ləğvi ilə əlaqədar saat 10.00-dan 14.00-dək Zaqatala Qazpaylayıcı Stansiyasında, həmçinin saat 10.00-dan 16.00-dək Bakı dairəvi avtomobil yolunun tikintisi ilə bağlı Seksiya 1, Qovşaq 1, Rampa 3 sahələrində, "Koroğlu" Qaztənzimləyici Məntəqəsinə gələn 325 mm-lik qaz boru kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar bu məntəqədə qaz təchizatı dayandırılacaqdır.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
29 Mart 2010, 18:03    «Erməni vandalizmi: Azərbaycanda mart soyqırımı»
«Erməni vandalizmi: Azərbaycanda mart soyqırımı»Sizi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasiyası və «Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyinin «Erməni vandalizmi: Azərbaycanda mart soyqırımı» mövzusunda təşkil etdiyi Dəyirmi Masaya dəvət edirik. Tədbirdə dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
← Geri    1 2 3 4 5 6 7 8 9 10    İrəli →