Ìàòåðèàëû çà 05.03.2010 » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
5 Mart 2010, 18:03    Prezident Azərbaycan qadınlarını təbrik edib
 Prezident Azərbaycan qadınlarını təbrik edibPrezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. Təbrikdə bildirilir ki, xalqımızın milli varlığını müəyyən edən mədəni-mənəvi dəyərlərimizin, ana dilimizin, adət-ənənələrimizin qorunub saxlanması və bu günlərədək layiqincə yaşadılmasında Azərbaycan qadını misilsiz xidmətlər göstərib: “O, müstəqil dövlətçiliyimizə və azərbaycançılıq məfkurəsinə sədaqət, müqəddəs vətənimizin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı naminə gənclərimizin doğma yurda sonsuz məhəbbət ruhunda formalaşmaları yolunda var qüvvəsini sərf edir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
5 Mart 2010, 17:03    YAP Rusiyada nəşr olunan “Nezavisimaya qazeta”ya etiraz məktubu göndərib
YAP Rusiyada nəşr olunan “Nezavisimaya qazeta”ya etiraz məktubu göndəribYeni Azərbaycan Partiyası (YAP) Rusiyanın “Nezavisimaya qazeta” qəzetində dərc olunmuş “Xocalı: həqiqət və uydurma” adlı məqaləsi ilə əlaqədar bu qəzetə etiraz məktubu göndərib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qəzetin 5 mart tarixli sayında Sergey Zvyagin adlı müəllifin Xocalı soyqırımına həsr olunmuş yazı ilə çıxış edib.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
5 Mart 2010, 17:03    “Xarici təzyiqlərə baş əyərək Azərbaycanla dostluq və qardaşlığımızı fəda edə bilmərik”
 “Xarici təzyiqlərə baş əyərək Azərbaycanla dostluq və qardaşlığımızı fəda edə bilmərik”“Amerika Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin qərarı çox yanlış və üzücü bir qərardır. Ermənistanla imzalanmış protokollar dərhal parlamentdən geri götürülməlidir. Bu addımı yubanmadan atmalıyıq”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini, millət vəkili, sabiq səfir Onur Öymən deyib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
5 Mart 2010, 17:03    Bakının daşınmaz əmlak bazarında vəziyyət stabilləşir
Bakının daşınmaz əmlak bazarında vəziyyət stabilləşirFevralda Azərbaycanın ilkin mənzil bazarında və tikinti materialları bazarında artım müşahidə olunub. Bu barədə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov cümə axşamı deyib. "Fevralda ilkin mənzil bazarında qiymətlər 0,6 faiz artıb, illik hesabla isə 11,5 faiz azalıb. Fevralda tikinti materialları bazarında qiymətlər 0,2 faiz, il ərzində isə 6,7 faiz artıb", - İbrahimov deyib.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
5 Mart 2010, 17:03    Azərbaycan Nəqliyyat Nazirliyi ATƏT-in konfransında iştirak edəcək
Azərbaycan Nəqliyyat Nazirliyi ATƏT-in konfransında iştirak edəcəkMinskdə martın 15-16-da Azərbaycan Dövlət Gömrük Komitəsi və Nəqliyyat Nazirliyi nümayəndələrinin iştirakı ilə ATƏT-in ətraf mühit və iqtisadiyyat üzrə 18-ci forumunun hazırlanması üzrə konfrans keçiriləcək. Konfrans zamanı quru nəqliyyatının təhlükəsizliyinin artırılması, həmçinin, nəqliyyat sistemi və daşınmanın ekoloji aspektlərinin müzakirəsi nəzərdə tutulub.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
5 Mart 2010, 15:03    Azərbaycan ABŞ-dakı səfirini geri çağırmalıdır – deputat
Azərbaycan ABŞ-dakı səfirini geri çağırmalıdır – deputatAzərbaycan Parlamentinin deputatı hesab edir ki, ABŞ Konqresinin Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etdiyinə görə Azərbaycan da adekvat addımlar atmalıdır. "Biz hökumət və Xarici İşlər Nazirliyi qarşısında ABŞ-dakı səfirimizin geri çağırılması ilə bağlı məsələ qaldırmalıyıq", - Trend News-un məlumatına görə, cümə günü Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
5 Mart 2010, 15:03    Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox insanın hüquqları kobud surətdə pozulub
Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox insanın hüquqları kobud surətdə pozulub Azərbaycan dövləti insan hüquqlarının qorunmasına çox böyük önəm verir. Amma bəzi problemlər, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin iqtisadi inkişafına ciddi maneə yaradıb. Münaqişə nəticəsində bir milyondan çox insanın hüquqları kobud surətdə pozulub. Trend News-un məlumatına görə, bunu cümə günü Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberqlə görüşündə Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti Səməd Seyidov bildirib.
Ətraflı...
Kateqoriya : Qarabağ » Xəbərlər (Qarabağ)
5 Mart 2010, 15:03    Azərbaycanda yeni dövlət sifarişi ilə tələbə və magistrlərin qəbulu geniş imkanlar yaradacaq
Azərbaycanda yeni dövlət sifarişi ilə tələbə və magistrlərin qəbulu geniş imkanlar yaradacaqAzərbaycanda yeni dövlət sifarişi ilə tələbə və magistrlərin qəbulu onlar üçün geniş imkanlar yaradacaq. Bu mexanizm tətbiq olunandan sonra abituriyent ali məktəbə daxil olarkən müqavilə imzalaya biləcək və buna əsasən, ali məktəbi bitirdikdən sonra təyinat əsasında iş yeri ilə təmin olunacaq. Trend News-un məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə günü magistr jurnalının ilk nömrəsinin təqdimatına həsr olunmuş tədbirdə bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
5 Mart 2010, 15:03    ABŞ Azərbaycan və Türkiyə kimi müttəfiqlərini itirmək istəməz
ABŞ Azərbaycan və Türkiyə kimi müttəfiqlərini itirmək istəməz Azərbaycan Parlamentinin sədri hesab edir ki, ABŞ Konqresi Xarici əlaqələr komitəsinin qərarına baxmayaraq, ABŞ Prezidenti müdriklik nümayiş etdirərək "erməni soyqırımı" ilə bağlı qərarın qəbul olunacağına imkan verməyəcək.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
5 Mart 2010, 15:03    Konqresin komitəsində "soyqırım" haqqında qətnamənin qəbulu son zamanların ən böyük komediyasıdır
Konqresin komitəsində "soyqırım" haqqında qətnamənin qəbulu son zamanların ən böyük komediyasıdır Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqalər komitəsinin sədri Murad Mərcan qondarma "erməni soyqırımı" haqqında qətnamənin ABŞ Konqresi Nümayəndələr Palatası Xarici əlaqələr komitəsi tərəfindən təsdiq edilməsini "ən böyük komediya" adlandırıb. Məlumatı CNN Türk yayıb.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
5 Mart 2010, 15:03    Azərbaycanın Prezident Administrasiyası ABŞ Konqresinin qərarını pisləyib
Azərbaycanın Prezident Administrasiyası ABŞ Konqresinin qərarını pisləyibAzərbaycan Respublikası Prezidentinin Administrasiyası ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin dünən qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərarı qəti şəkildə pisləyib. Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bununla bağlı mətbuata verdiyi açıqlamasında bildirib ki, ABŞ konqresmenlərinin bu addımı sözün həqiqi mənasında səhv və ədalətsiz addımdır.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
5 Mart 2010, 15:03    Azərbaycan ombudsmanı Elmira Süleymanova ikinci müddətə insan haqları üzrə müvəkkil seçilib
Azərbaycan ombudsmanı Elmira Süleymanova ikinci müddətə insan haqları üzrə müvəkkil seçilibAzərbaycan ombudsmanı Elmira Süleymanova ikinci müddətə insan haqları üzrə müvəkkil seçilib. Trend News-un məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında 3 namizəd sırasından Elmira Süleymanova 106 səs lehinə, 7 səs əleyhinə olmaqla ombusdman seçilib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Ölkədə
5 Mart 2010, 15:03    "Azərbaycan qadını naminə" kitabının təqdimatı olacaq
"Azərbaycan qadını naminə" kitabının təqdimatı olacaq6 mart 2010-cu il tarixdə saat 11.00-da "Excelsior" otelinin "Əlincə" zalında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşri olan "Azərbaycan qadını naminə" kitabının çapdan çıxması ilə əlaqədar mətbuat konfransı olacaqdır. Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Respublikasında Qadın siyasəti haqqında" 6 mart 2000-ci il tarixli Fərmanının 10 illiyinə həsr olunub.
Ətraflı...
Kateqoriya : Xəbərlər » QHT xəbərləri
5 Mart 2010, 12:03    Azərbaycan Mərkəzi Bankı yanında Araşdırmalar və İnkişaf Mərkəzi yaradılıb
Azərbaycan Mərkəzi Bankı yanında Araşdırmalar və İnkişaf Mərkəzi yaradılıb  Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Araşdırmalar və İnkişaf Mərkəzi yaradılıb. Mərkəz mühüm araşdırmaların, elmi axtarışların aparılmasına, müasir tədrisi və resursların inkişafına təşviq edəcək. Bu barədə çərşənbə axşamı AMB-dən məlumat verilib.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat
5 Mart 2010, 12:03    Türkiyə hökuməti "erməni soyqırımı"na dair qətnaməni pisləyib
Türkiyə hökuməti "erməni soyqırımı"na dair qətnaməni pisləyibTürkiyə hökuməti ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı"na dair qətnaməni qəbul etməsini pisləyib. Məlumatı Anadolu agentliyi yayıb. "Biz türk millətini törətmədiyi cinayətdə ittiham edən bu qətnaməni pisləyirik", - hökumətin bəyanatında deyilir.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
5 Mart 2010, 12:03    Türkiyə Prezidenti "erməni soyqırımı" qətnaməsinin qəbulu ilə bağlı təəssüfünü bildirib
Türkiyə Prezidenti "erməni soyqırımı" qətnaməsinin qəbulu ilə bağlı təəssüfünü bildiribTürkiyə Prezidenti Abdullah Gül qondarma "erməni soyqırımı" haqqında qətnamənin ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində qəbul olunması ilə əlaqədar təəssüf etdiyini bildirib.
Ətraflı...
Kateqoriya : Xəbərlər » Dünyada
5 Mart 2010, 12:03    Azərbaycanda əmək pensiyası alan şəxslərin 60,6 faizi qadınlardır
Azərbaycanda əmək pensiyası alan şəxslərin 60,6 faizi qadınlardırAzərbaycanda əmək pensiyası alan şəxslərin sayı 2009-cu ilin əvvəli ilə müqayisədə 33 294 nəfər artaraq (2,6 faiz) 1 308 432 nəfərə çatıb. Əmək pensiyaçılarının 39,4 faizi kişi (516 142 nəfər), 60,6 faizi isə qadınlardır (792 290 nəfər). Qadınlardan 389 919 nəfəri çoxuşaqlı analardır. Bu barədə cümə günü Trend News-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev məlumat verib.
Ətraflı...
Kateqoriya : İqtisadiyyat