Azərbaycan hərbçiləri NATO ilə imzalanmış planlara uyğun olaraq tədbirlərdə iştirak edəcəklər » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
9 Mart 2010, 11:03    Azərbaycan hərbçiləri NATO ilə imzalanmış planlara uyğun olaraq tədbirlərdə iştirak edəcəklər
Azərbaycan hərbçiləri NATO ilə imzalanmış planlara uyğun olaraq tədbirlərdə iştirak edəcəklərNATO ilə Azərbaycan arasında imzalanmış Fərdi Tərəfdaşlıq Planına (FTP) uyğun olaraq martın 11-də NATO Məktəbində keçirilən tədbirlərin planlaşdırıcıları mövzusunda Almaniyanın Oberammerqau şəhərində seminar keçiriləcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. FTP-yə əsasən 14 mart -28 mart tarixlərində “Yırtıcı Şahin-2010” təlimi Qətar Dövlətinin Doha şəhərində baş tutacaq. Azərbaycanın Fərdi Tərəfdaşlığın Əməliyyat Planı (FTƏP) və PAP proqramları çərçivəsində ekspert məsləhətləşmə görüşü 15-19 mart tarixlərində Bakıda baş tutacaq. TU.563 taktiki səviyyədə hərbi-mülki əməkdaşlıq kursu (CİMİC)
martın 15-dən 26-dək Ankara şəhərində olacaq. Silahlı Münaqişə Hüququ kursu da Ankarada martın 15-dən iyulun 17-dək davam edəcək.
Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən isə MTT Qərargah kursu
Pakistanda baş tutacaq.
Sabitlik, təhlükəsizlik, keçid dövrü və yenidənqurma proqramı üzrə seminar
16.03-02.04.2010 tarixlərində Almaniyanın Qarmiş şəhərində keçiriləcək.
İspaniyanın Madrid şəhərində keçiriləcək Mülki-hərbi əməkdaşlıq (CİMİC) kursu
martın 16-dan 18-dək davam edəcək. Bundan başqa, Gürcüstanın Tiflis şəhərində martın 17-dən 18-dək “Eternity 2010” təliminin İlkin planlaşdırma konfransı keçiriləcək. Tədbirlərdə Azərbaycan hərbçiləri də iştirak edəcəklər./APA/
Kateqoriya: Xəbərlər » Ölkədə
 Dostuna yolla       Çap versiyası