Azərbaycan Daxili Qoşunlarının zabitləri üçün yaşayış kompleksi istifadəyə verilib » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
10 Mart 2010, 14:03    Azərbaycan Daxili Qoşunlarının zabitləri üçün yaşayış kompleksi istifadəyə verilib
Azərbaycan Daxili Qoşunlarının zabitləri üçün yaşayış kompleksi istifadəyə verilib Azərbaycan Daxili Qoşunlarının yaranmasının 18-ci ildönümü ərəfəsində Nərimanov rayonundakı "N" saylı hərbi hissədə zabitlər üçün yaşayış kompleksi açılıb. Trend News-un məlumatına görə, beşmərtəbəli 60 mənzilli binanın açılış mərasimində daxili işlər naziri Ramil Usubov iştirak edib.1, 2 və 3 otaqlı mənzilləri olan bina su, istilik və elektrik sistemi ilə təchiz olunub.
Nazir müasir tələblərə cavab verən mənzillərin orderlərini zabitlərə təqdim edib.
Mərasimdə çıxış edən Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən, Daxili Qoşunlara xüsusi diqqətindən, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışıb.
Zabitlər və ailələri onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.
Daxili işlər naziri yeni istifadəyə verilən mənzillərdəki şəraitlə də tanış olub.
Bundan öncə DQ-nin zabitləri üçün Gəncə, Lənkəran və Zaqatalada yaşayış kompleksləri açılıb.
12 mart Daxili Qoşunların yaranma günüdür. 12 mart 1992-ci ildə DQ-nin Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçıları ilə döyüşə başlayıb, ərazi bütövlüyümüz uğrunda Ağdam ərazisində vuruşublar. Rəmzi olaraq həmin döyüş günü DQ-nin günü kimi müəyyən edilib./Trend/
Kateqoriya: Xəbərlər » Ölkədə
 Dostuna yolla       Çap versiyası