Azərbaycan və Türkiyə dindarları Konqresin qərarı ilə bağlı etiraz tədbirləri keçirəcək » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
11 Mart 2010, 14:03    Azərbaycan və Türkiyə dindarları Konqresin qərarı ilə bağlı etiraz tədbirləri keçirəcək
Azərbaycan və Türkiyə dindarları Konqresin qərarı ilə bağlı etiraz tədbirləri keçirəcək Azərbaycan və Türkiyə dindarları ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı"na dair çıxardığı qərara etiraz olaraq birgə tədbirlər keçirəcək. "Qondarma "erməni soyqırımı"na dair qəbul olunan qərarla bağlı Qafqaz Müsəlmanları İdarəsi və Türkiyənin Diyanet İşləri Vəqfi ortaq tədbirlər həyata keçirəcək", - Trend News-un məlumatına görə, bunu cümə axşamı jurnalistlərə bütün Qafqazın şeyxı Şeyxülislam Allahşükür Paşazadə deyib.
ABŞ Konqresinin Xarici əlaqələr komitəsi martın 4-də keçirdiyi iclasda 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul edib.
Paşazadənin sözlərinə görə, saxta soyqırım qəbul olunan gün o, Türkiyə Diyanət İşləri Vəqfinin sədri Əli Bardakoğlu ilə telefonla danışıb və qərarın əleyhinə müxtəlif tədbirlər həyata keçirəcəklərini müzakirə ediblər./Trend/
Kateqoriya: Xəbərlər » Ölkədə
 Dostuna yolla       Çap versiyası