Nəqliyyat Nazirliyi Bakı buxtası üzərindən keçəcək körpünün layihəsi üzrə müqavilə imzalayıb » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
12 Mart 2010, 14:03    Nəqliyyat Nazirliyi Bakı buxtası üzərindən keçəcək körpünün layihəsi üzrə müqavilə imzalayıb
Nəqliyyat Nazirliyi Bakı buxtası üzərindən keçəcək körpünün layihəsi üzrə müqavilə imzalayıb Azərbaycan Nəqliyyat Nazirliyi və Koreya Respublikasının Azərbaycandakı səfirliyi Bakı buxtası üzərindən keçəcək körpünün inşasının texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) hazırlanması layihəsi çərçivəsində qrant müqaviləsi imzalayıblar. 1,5 milyon dollar həcmində olan qrant Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən ayrılacaq.
TİƏ layihəsi və onun təqdimatı Koreya tərəfindən növbəti iki il ərzində hazırlanacaq. Yaxın iki ay ərzində Koreya mütəxəssisləri həmin layihə çərçivəsində araşdırmalar aparmaq üçün Azərbaycana gələcəklər.
Bakı buxtası üzərindən körpü inşası layihəsinin məqsədi Bakıda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, koreyalı mütəxəssislərin hesabına azərbaycanlı mütəxəssislərin dəniz körpüsü və yolların tikintisində təcrübəsini zənginləşdirmək və s.-dir.
İlkin qiymətləndirmələrə görə, buxta üzrində inşa ediləcək körpünün dəyəri 1 milyard dolları keçəcək./Trend/
Kateqoriya: İqtisadiyyat
 Dostuna yolla       Çap versiyası