Hörmətli oxucular!
|
 Azərbaycan Dövlət Neft Akademiyasında bir il bundan əvvəl törədilmiş qanlı faciənin qurbanlarının xatirəsi yad edilib. Azərbaycanın təhsil naziri Misir Mərdanov, akademiyanın rektoru Siyavuş Qarayev, akademiyanın müəllim və tələbə heyəti həlak olanların portreti qarşısına əklil qoyub. Tədbirdə çıxış edən təhsil naziri Misr Mərdanov deyib ki, bütün bu baş verənlərdən nəticə çıxarmaq lazımdır. Nazirin sözlərinə görə, facidədə həlak olanların adlarının əbədiləşdirilməsi üzrə işlər aparılacaq.
|
 Rusiya İranın Azərbaycan, Ermənistan və İranın xarici işlər nazirlərinin Dağlıq Qarabağın nizamlanmasına dair görüşməsi təklifinin əleyhinə deyil. RİA Novosti-nin verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko Moskvada brifinq zamanı bildirib.
|
 Fövqəladə Hallar Nazirliyinin internet saytının cümə günü yaydığı məlumata görə, aprelin 29-da Quba rayonu, Güləzi kəndində torpaq sürüşməsinə meyilli sahələrdə sürüşmə prosesi fəallaşıb. Torpaq sürüşməsinin təxminən 100-110 ha ərazini əhatə etdiyi bildirilir. Nəticədə, sürüşmənin hərəkət istiqamətində müxtəlif çatlar əmələ gəlib, kəndin girəcəyində avtomobil yolu 150 m uzunluqda tamamilə dağılıb, həmin kəndin yuxarı hissəsində yerləşən iki kəndlə nəqliyyat əlaqəsi kəsilib, sürüşmə zonasında yerləşən 29 fərdi ev zədələnib.
|
 Azərbaycan Prezidenti İlham Əliyev ölkənin qaz təsərrüfatı sisteminin müasir tələblər səviyyəsində yenidən qurulması məqsədilə ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşısında cari ilin sonunadək yeraltı qaz anbarlarının tutumunu üç milyard kubmetrə çatdırmaq, mövcud kompressor stansiyalarının gücünü artırmaq, regionların qazlaşdırılması prosesini intensivləşdirmək kimi həllivacib vəzifələr qoyub.
|
 2006-cı il iyunun 2-dən indiyə kimi "Botas International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 1128 tanker "Bakı - Tbilisi - Ceyhan" (BTC) neft kəməri ilə nəql olunan neftlə yüklənib. Aprelin 1-nə olan məlumata əsasən, bu göstərici 1099 tanker təşkil edib. Bu barədə BIL şirkətinin rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.
|
 Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu bu gün 30 aprel 2010-cu il aprel tarixində “Caspian Plaza” Hotelinin Biznes Mərkəzində “Ekologiya və Alternativ Enerji Mənbələri: reallıqlar və problemlər” mövzusunda Dəyirmi Masa keçirmişdir. Tədbiri giriş sözü ilə fondun eksperti Sadiq Rzayev açmışdır. O, bu günün mövzusunun dünyada və ölkəmizdə gündəmdə olması haqda məlumat verərək, bu istiqamətdə müxtəlif təşkilatların üzərinə müəyyən məsuliyyət yükünün də düşdüyünü qeyd etmişdir.
|
 Azərbaycanda uşaq hüquqlarının müdafiəsi işində müəyyən uğurlar əldə olunub. Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Rolan Kobia uşaq hüquqlarının qorunmasına həsr olunmuş konfransda bildirib. Onun sözlərinə görə, bu sahədə əldə olunan uğurlara baxmayaraq, bəzi problemlər hələ də açıq qalır. "Biz Azərbaycan Parlamenti ilə birlikdə bu istiqamətdə işləmək istəyirik. Aİ və UNİSEF uşaqların ölkənin sağlam vətəndaşları kimi böyümələri üçün Azərbaycan cəmiyyətinin onların qayğısına daha çox qalmasında maraqlıdır", - o deyib.
|
 Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bürosunda cümə günü qurumun yaz sessiyasının sonuncu iş günündə Dağlıq Qarabağ üzrə Alt Komitəyə dair müzakirələr olub. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə günü AŞ PA sədri Mövlud Çavuşoğlu bildirib.
|
 Fövqəladə Hallar Nazirliyinin internet saytının cümə günü yaydığı məlumata görə, aprelin 28-də də saat 18:00 radələrində Göygöl rayonu Aşıqlı kəndində Gəncə - Hacıkənd avtomobil yolundan kənarda torpaq sürüşməsi baş verib. Nəticədə, asfalt örtüklü yolda, təxminən, 30 m uzunluqda və 3 sm enində çat əmələ gəlib. Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin mütəxəssisləri hadisə yerinə baxış keçiriblər.
|
 “Ötən ilin payızından bu kimi 350-yə yaxın dini icma dövlət qeydiyyatına alınıb. 10-dan artıq dini icmanın qeydiyyatından imtina olunub”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib.
|
 “Azərbaycan inkişaf dövrünü yaşayır. Bütün bölgələrdə quruculuq işləri aparılır. Azərbaycan inamla irəliyə gedir. Qarşıda duran bütün vəzifələr icra olunur. Bütün investisiya layihələri icra edilir. Bütün sosial məsələlər həllini tapır. Mən istəyirəm ki, daha da sürətli inkişaf olsun”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev aprelin 29-da Salyan ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
|
 Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş terror aktından bir il ötür. APA-nın məlumatına görə, ötən il aprelin 30-da ADNA-nın Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub.
|
 Sabah Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 42 dövlət orqanı üzrə müsabiqəyə çıxarılmış 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqənin ilk test imtahanı keçiriləcək. Komissiyanın mətbuat katibi Asəf Əliyevin APA-ya verdiyi məlumata görə, ilk imtahan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin inzibati vəzifələrin 6-cı təsnifatına uyğun vakant dövlət qulluğunu tutmaq istəyən 42 namizəd arasında keçiriləcək. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.
|
 Serbiya Prezidenti Boris Tadiç mayın 12-13-də Azərbaycana ilk dəfə rəsmi səfər edəcək. Bu barədə cümə axşamı diplomatik mənbədən Trend-ə bildiriblər. Səfər zamanı iki ölkə arasında əməkdaşlıq prespektivlərinin yüksək səviyyədə müzakirəsi və bir sıra sənədlərin imzalanması gözlənilir. Bu barədə Serbiya Prezidenti Boris Tadiç Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov ilə görüş zamanı bildirmişdi.
|
 Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeniləşdirilmiş Madrid prinsiplərini qəbul edib və münaqişənin həlli üçün bu, uyğun əsasdır. Trend-in məlumatına görə, bunu Romada İtaliyanın xarici işlər naziri Franko Frattini ilə görüşündə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. "Dağlıq Qarabağ münaqişəsi həll edilmədən regionda sülh və sabitlik qeyri-mümkündür. Münaqişənin həlli regionda qarşılıqlı əməkdaşlıq və anlaşmaya, regionun çiçəklənməsinə şərait yaradacaq", - Məmmədyarov deyib. Məlumatı cümə axşamı XİN-in mətbuat xidməti yayıb.
|
 Azərbaycan dini mövzuda konfrans və dəyirmi masalar keçirməklə, dini tolerantlıq mərkəzinə çevriləcək. Avropa Ravvinlər Şurasının sədri Pinxas Qoldşmidt belə hesab edir. Bakıda 26-27 aprel tarixlərində keçirilmiş dünya dini liderlərinin sammiti keçirilib və həmin sammitdə dünyanın 35 ölkəsindən müxtəlif dinləri təmsil edən 250 nümayəndə iştirak edib.
|
 Azərbaycan iqtisadiyyatı 2009-cu ildə 9,3 faiz iqtisadi artıma nail olub. Bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda deyib. "Bu, qlobal maliyyə böhranının nəticələrinin aradan qaldırılması nəticəsində olub. Biz iqtisadi artım göstəricisinin bu il də yüksələcəyini gözləyirik ki, bu da iqtisadiyyatın canlanması ilə bağlıdır", - nazir bildirib.
|
 Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu 2010-cu il aprel ayının 30 saat 11:00-da “Caspian Plaza” Hotelinin Biznes Mərkəzində “Ekologiya və Alternativ Enerji Mənbələri: reallıqlar və problemlər” mövzusunda Dəyirmi Masa keçirməyi planlaşdırır. Dəyirmi Masada Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Gənclər və İdman Nazirliyi, Bakı şəhəri İcra Hakimiyyəti, Azərenerji ASC, ADNA, AzTU, BDU, Azərbaycan Diplomatiya Akademiyası, BMT, BP, ATƏT, ARDNŞ, QHT-lər, KİV və s. nümayəndələrinin iştirakı nəzərdə tutulur.
|
 Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hesab edir ki, nikah yaşının 18-ə çatdırılması zəruridir. "Azərbaycanda son zamanlar qeydə alınan erkən nikahların qarşısının alınması üçün nikah yaşı 18-ə çatdırılmalıdır", - Trend-in məlumatına görə, cümə axşamı Milli Məclisin Sosial siyasət komitəsinin ailə və nikah məsələsinə həsr olunan iclasında Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib.
|
 Azərbaycan Ədliyyə Nazirliyinin idarə rəisi deyib ki, nikahsız anadan olan uşaqların sayında artım qeydə alınıb. "Azərbaycanda son illər qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı xeyli artıb və bu, narahatlıq doğuran ciddi məsələdir. Ötən il qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı ölkədəki ümumi doğumun 20 faizini təşkil edib ki, bu da böyük rəqəmdir", - nazirliyin rəsmisi əlavə edib", - Trend-in məlumatına görə, cümə axşamı Milli Məclisin Sosial siyasət komitəsinin ailə və nikah məsələsinə həsr olunan iclasında Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov bildirib.
|
 Azərbaycan Parlamentinin birinci vitse-spikeri hesab edir ki, bu gün beynəlxalq hüququn norma və prinsiplərinin işlənməsi ilə bağlı böyük problemlər var. "Bu gün beynəlxal hüququn norma və prinsiplərinin işlənməsi ilə bağlı böyük problemlər var. Beynəlxalq hüquq normalarının daha effektli olması yollarını tapmaq lazımdır. Bəzən siyasi məsələlər hüququ üstələyir və beynəlxalq münasibətlərin tənzimlənməsində hüquq aciz qalır", - Trend-in məlumatına görə, bunu cümə axşamı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan "Hüquq elminin aktual problemləri" mövzusunda keçirilən ikinci beynəlxalq elmi konfransda birinci vitse-spiker Ziyafət Əsgərov deyib.
|
 Azərbaycanın cənubunda yerləşən Astara rayonunda torpaq sürüşməsi baş verib, - məlumatı cümə axşamı Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı yayıb. "Astara rayonunun Motalayataq kəndində torpaq sürüşməsinin baş verməsi və nəticədə sürüşmə zonasında olan bir fərdi evin zədələnməsi barədə məlumat daxil olub. Hadisə zamanı həmin evdə olan 6 nəfər təhlükəli hesab edilən ərazidən təxliyyə olunub.
|
 Azərbaycanda dərslik siyasəti sahəsində 2010-2011-ci dərs ilinə ümumilikdə 111 adda dərsliklərin nəşri nəzərdə tutulub. "Dərslik siyasəti sahəsində 2010-2011-ci dərs ilinə ümumilikdə 111 adda dərsliklərin nəşri nəzərdə tutulub. O cümlədən, I siniflər üçün 14 adda, III siniflər üçün kurikulum əsasında 40 adda dərslik və müəllim üçün vəsaitin hazırlanması və Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirildikdən sonra çap etdirilməsi, VI, VIII-XI siniflər üçün 57 adda dərsliklərin nəşri üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur", - Trend-in məlumatına görə, bunu cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində təhsil nazirinin müavini İsgəndər İsgəndərov bildirib.
|
 “İranın bölgə dövlətləri ilə bağlı xarici siyasəti sülh və səmimiyyət üzərində qurulub”. APA-nın “MEHR” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İranın xarici işlər naziri Mənuçöhr Mottəki deyib. Nazir cari ilin avqust, sentyabr aylarında Tehranda dünyada terrora məruz qalmış ailələrin iştirakı ilə beynəlxalq konfrans keçiriləcəyini bildirib:
|
|
|