26 sentyabr 2016-ci il ümumxalq səsverməsi (referendum) ilə bağlı ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən “Exit-poll” tədqiqatı

Göyçayda iftar məclisləri təşkil edilib
Azərbaycanda son sutkada koronavirus əleyhinə 1266 vaksin vurulub
Əlaqələndirmə Qərargahının videoformatda növbəti, 5-ci iclası keçirilib

 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının Sədri.

Cənab Sahib Məmmədov Exit Poll planının təfərrüatlarını açıqlamışdır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı ilə birgə 26 sentyabr 2016-ci ildə ölkədə ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “Exit-poll” sorğusu keçirəcək. Bu cür əhəmiyyətli təşəbbüsün iştirakçısı olmaq böyük məsuliyyətdir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası seçki proseslərinin müşahidəsi, seçki maarifləndirməsi ilə əlaqədar kifayət qədər təcrübəyə malikdir və 2015-ci ilin noyabr ayında Milli Məclisə keçirilən seçkilərdə ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı ilə birlikdə 118 dairə üzrə 1053 məntəqədə “Exit poll” keçirmişdir. Bu əməkdaşlıq 26 sentyabr 2016-ci il ümumxalq səsverməsi (referendum) ilə bağlı “Exit-poll” sorğusunda da davam edəcək.

“Exit-poll” sorğusu əvvəlcədən təlimləndirilmiş 30 supervayzer və 900 intervüçü tərəfindən aparılacaq. Onlar əvvəlcədən püşk metodu ilə seçilmiş 100 seçki dairəsinədəki 450 məntəqədə “Exzit-poll” sorğusu keçirəcəklər. Respondentlər təsadüfi seçmə metoduna əsasən sorğu prosesinə cəlb ediləcəklər.

“Ekzit-poll” 1 gün ərzində əvvəlcədən müəyyən edilmiş və razılaşdırılmış seçki məntəqələri ərazisində keçiriəcək və seçki başladığı vaxtdan seçki qurtarana bir neçə saat qalan müddət ərzində aparılacaq. Sәsvermәdә iştirak etmiş seçicilәrdәn әldә olunmuş mәlumatlar әsasında ictimaiyyәt sәsvermәnin ilkin nәticәlәri vә elektorat barәsindәki tәqribistatistik mәlumatlarla tanış ediləcək, habelә sәsvermәnin nәticәlәri haqqında operativ proqnozlar müәyyәnlәşdirilmәyə səy göstəriləcək.

Əminik ki, 2015-ci ilin noyabr ayında Milli Məclisə keçirilən seçkilərlə bağlı aparılmış Exit-poll sorğusu prosesi kimi 26 sentyabr 2016-ci ildə ölkədə ümumxalq səsverməsi (referendum) ilə əlaqədar həyata keçiriləcək “Exit-poll” sorğusu da uğurlu olacaq, qısa vaxt ərzində dəqiq nəticələr əldə edə biləcəyik. İctimaiyyəti Exit poll sorğularında fəal iştirak etməyə dəvət edirik.