7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda EEro Lehtinın (Finlandiya parlamentinin üzvü, Azərbaycan-Finlandiya dostluq qrupunun sədri) çıxışı

7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Elxan Suleymanovun (AVCİYA-nın Prezidenti, millət vəkili) çıxışı
İlham Əliyev: Müstəqilliyini bərpa etdiyi gündən Azərbaycanın təhlükəsizliyi Ermənistanın təcavüzü nəticəsində ciddi təhdidlərlə üz-üzə qalıb
Cocuq Mərcanlı sakinləri 24 ildən sonra öz kəndlərində səs verir

Xanımlar və cənablar, mən də ingilis dilində danışacam, çünki azərbaycan dilində bilgilərim yetərincə deyil ki, fikrimi sızə çatdıra bilim.

Bir neçə il bundan əvvəl biz Finlandiyada Azərbaycanla əlaqədar problemlər və məsələlərlə məşğul olmağa başlamışıq və nəticə etibarı ilə Finlandiya parlamentində Azərbaycan-Finlandiya dostluq qrupu yaradılmışdır. Mən bu qrupun prezidentiyəm. Finlandiyanın da son iki yüz il ərzində yaşanan tarix problemlərlə dolu olmuşdur. 1909-cu ildən etibarən Finlandiyanın ərazisi İsveç krallığına daxil olub. Sonradan isə Napoleonun apardığı müharibələr dövründə Finlandiya, nəhayət k, ərazisini özünə qaytara bilib.

Rusiya ilə Fransa arasında gedən müharibə nəticəsində baş vermış bu İsveçdən ayrılma Rusiya ərazisində bizim muxtar bir vilayət kimi mövcudluğumuza imkan yaratmışdır.

Hal-hazırda bizim insanlar iki dildə danışırlar – həm isveç, həm də fin dilində. Həmçinin bəzi insanların isveç dilində danışmaqlarının məqsədləri o idi ki, onlar hələ də İsveç millətinin, dövlətinin tərkibində olmaq istəyirdilər. Bununla əlaqədar, bu vəziyyətlə necə mübarizə aparmaq, bunun öhdəsindən necə gəlmək Finlandiya cəmiyyətində çox sərt müzakirələr keçirilirmişdi.

Məsələnin həlli isə ondan ibarət oldu ki, biz isveç dilində danışan insanların istəklərinə bir prioritet kimi yanaşma ortaya qoyduq.

Bu problemlərin həlli 1917-ci ildə baş vermişdi, həmin ildə biz Rusiyadan müstəqillik qazanmışıq. Bununla da isveç dilində danışan insanların problemi həll olunmuşdu.

Eyni zamanda İkinci dünya müharibəsində Finlandiya çox çətin günlər yaşamışdı. Həmin dövr müharibə nəticəsində bizim ərazimizin 10%-i Rusiyanın, yəni Sovet İttifaqının işğalına məruz qalmışdı. Həmçinin bizim su mənbələrimiz, su ehtiyatlarımızın bir qismi də onların ixtiyarına keçmişdi.

Lakin 1960-cı illərdə aparılan danışıqlar nəticəsində biz həmin ərazinin və su ehtiyyatlarının Finlandiyaya qaytarılmasına müvəffəq olmuşuq. Düşünürəm ki, həmin danışıqların tarixinə baxsaq, bu münaqişələr üçün faydalı bir bilgilər verə bilər, cünki həmin müzakirələr çox gərgin keçmişdir. Həmin dövrlərdə aparılan müzakirələr və danışıqlar doğurdan da kəskin və mürəkkəb bir vəziyyətdə keçirilmişdi. Həmçinin düşünürəm ki, bizim sabiq prezidentimiz cənab Martti Axtissari  (…) danışıqlar da kömək edə bilərəm.