Əməkdaşlarımız » Avciya.az
az | en | ru
Əmək pensiyalarının minimum səviyyəsinin artırılması üçün tədbirlər həyata keçirilir ... Təhsil naziri Azərbaycanda narkoman tələbələrin sayının çox olmasını həqiqətəuyğun hesab etmir... Qadınlar üçün kupelər ayrı təşkil edilməlidir... Rusiya və Ermənistanın XİN rəhbərləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər... Azərbaycanda 634 əcnəbi barəsində ölkəni tərketmə haqqında qərar çıxarılıb ... Azərbaycan KİV nümayəndələri Türkiyədə beynəlxalq forumda iştirak edəcəklər ... 9-cu və 11-ci siniflərdə keçirilən sınaq imtahanlarının nəticələri ötən illə müqayisədə yüksəkdir... Azərbaycan əsgərləri işğal olunmuş torpaqları azad etməyə qadirdir ... Azərbaycan hərbçiləri NATO ilə imzalanmış planlara uyğun olaraq tədbirlərdə iştirak edəcəklər... “Ukraynada yeni seçki keçirmək üçün pul yoxdur”...
10 Iyun 2008, 16:06    Əməkdaşlarımız
Süleymanov Elxan Sirac oğlu
Prezident


ƏməkdaşlarımızSüleymanov Elxan Sirac oğlu 1940-cı ildə Göyçay rayonunun Hacalı kəndində anadan olub. 1958-ci ildə Göyçay Pedoqoji texnikumunun ibtidai məktəb müəllimliyi fakültəsini, 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin axşam şöbəsini bitirib. Ali təhsil aldığı 1961-1966-cı illərdə həm də Bakının 7 və 25 saylı orta məktəblərində müəllim işləyib. 1966-cı ildə Respublika Həmkarlar İttifaqı Yeyinti Sənayesi İşçilərinin Həmkarlar Komitəsinin Fioletov adına klubuna direktor təyin edilib. 1979-cu ilə qədər həmin vəzifədə çalışıb. Bundan sonra "İnqilab" kinoteatrına direktor vəzifəsinə təyin edilib. 1981-ci ildən 1982-ci ilədək Yazıçılar İttifaqının Şüvəlandakı Yazıçılar Evinin direktoru işləyib. 1982-ci ildə Mədəniyyət Nazirliyinin kino baş idarəsində baş direktor kimi fəaliyyətə başlayıb. 1987-ci ildə "Nizami" kinoteatrına direktor təyin edilib. 1990-cı ildə Rusiya-Amerika Universitetinin Azərbaycan bölməsinin direktoru olub. Assosiasiya yaranan gündən onun Prezidenti vəzifəsində çalışır.

E-mail: suleymanov@avciya.az


Əlibəyov Vəli Nemət oğlu
1-ci Vitse-prezident


Əməkdaşlarımız22.04.1974-cü ildə Quba şəhərində anadan olmuşdur. Qərb Universitetinin məzunu. Politoloq, ictimai idarəetmə magistri (MPA). Jurnalistika və QHT sektorunda çalışıb. Siyasi Texnologiyalar Mərkəzinin yaradıcısı və prezidenti. Yerli mətbuatda 100-dən çox məqalə və bir kitabın müəllifi. 2005-ci ilin yanvar-iyul ayına kimi "Azadlıqdan məhrumetmə yerlərinin müşahidəsi" İctimai Birliyinin sədr müavini vəzifəsində çalışıb. İyul ayından Assosiasiyanın 1-ci vitse-prezident vəzifəsinə seçilib.

E-mail: alibekov@cpt.az


Babayeva Təranə Böyükağa qızı
Tərcüməçi


Əməkdaşlarımız1980-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2003-cü ildə Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin bakalavr pilləsini bitirmişdir. 2005-ci ildə həmin fakültənin magistr pilləsini bitirmişdir.
2002-2004-cü ilədək "Dil Tədrisi Mərkəzi" kurslarında ingilis-dili müəllimi vəzifəsində işləmişdir. 2004-cü ilin yanvarından Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasında tərcüməçi vəzifəsində fəaliyyət göstərir.

E-mail: babayevatarana@avciya.az


Zülfüqarlı Məhərrəm Paşa oğlu
AVCİYA-nın Seçki Qərargahının rəhbəri


ƏməkdaşlarımızZülfüqarlı Məhərrəm Paşa oğlu - 1955 – ci il avqustun 19 – da Azərbaycan Respublikasının Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini və aspiranturasını bitirib. Tarix elmləri namizədidir. 2001 – ci ildən doktorluq işi müdafiəyə hazırdır. 28 kitabın, 39 elmi, 577 publisitik məqalənin, 13 metodiki işin müəllifidir. Hazırda Azərbaycan Turizm İnstitutunun dosentidir.

1997–ci ildən QHT sektorunda fəaliyyət göstərir. İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədridir. ABŞ Respublikaçılar İnstitutu Seçki Kampaniyası Akademiyasının məzunudur. 2005 – ci ildə “İctimai Liderlər” blokunun seçki qərargahına rəhbərlik edib. 2007 – ci ilin sentyabrından AVCİYA Seçki Qərargahının rəhbəridir. ABŞ, Almaniya, İsveç, Polşa, Bolqarstan, Rusiya və Gürcüstanda təcrübə mübadiləsində olub.[/left]
E-mail: zulfugarli@avciya.az
Ətraflı...
Kateqoriya : Haqqımızda » Əməkdaşlarımız