ATƏT/DTİHB-nin Azərbaycanda prezident seçkilərini müşahidə missiyası fəaliyyətə başlayıb

Bu gün Bərdəyə raket atılması nəticəsində 19 nəfər ölüb, 60 şəxs yaralanıb
Bakıda Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib
AHİK-də 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardımlar edilib

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı müşahidə missiyası fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar ATƏT/DTİHB-nin Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri Korin Yonker martın 9-da Bakıda mətbuat konfransı keçirib. O bildirib ki, Azərbaycana səsvermə prosesini izləmək üçün 280 qısamüddətli, 30 uzunmüddətli müşahidəçi göndərmək tövsiyə edilib. Müşahidə missiyasının tərkibində 11 beynəlxalq ekspert var. Uzunmüddətli missiya gələn həftə, qısamüddətli missiya isə səsvermə günündən bir qədər əvvəl Azərbaycana gələcək.

Korin Yonker deyib: “Bizim Azərbaycan hökuməti ilə uğurlu əməkdaşlığımız var. Ümid edirik ki, bu əməkdaşlıq davam edəcək. ATƏT/DTİHB-nin ehtiyacların qiymətləndirilməsi missiyasının hesabatına əsasən seçkilərin qanunvericiliyə uyğun keçirilməsinə diqqət yetirəcəyik. Müşahidələrin yekununda aralıq hesabat hazırlayacağıq, səkkiz həftə sonra yekun qiymətləndirməni verəcəyik. Bizim vəzifəmiz müşahidə aparmaq və qiymətləndirməkdir, biz seçki prosesinə müdaxilə etmirik”.

Xanım Korin Yonker qeyd edib ki, missiyanın müşahidəsi ölkənin bütün regionlarını əhatə edəcək. Missiya Bakıda 11 ekspertdən, regionlarda isə 20 uzunmüddətli müşahidəçidən ibarətdir.