ATƏT – in müşahidə missiyası AVCİYA-nın Xaçmaz ofisində olublar

Azərbaycanda 77 təşkilat bəyanat yaydı
Aralıq Hesabat (Prezident seçkiləri-2008)
AVCİYA Seçki Qərargahı bələdiyyə seçkiləri ilə bağlı fəaliyyətə başlayıb

Milli Məclisə seçkilərlə əlaqədar Azərbaycanda olan ATƏT – in müşahidə missiyası Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Xaçmaz regional nümayəndəliyində olublar. AVCİYA Xaçmaz regional nümayəndəliyinin rəhbəri Solmaz Mehdiyeva qonaqlara assosiasiyanın Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının bütün seçki məntəqələrində seçkiləri müşahidə edəcəyi və bu istiqamətdə görülən hazırlıq işləri barədə geniş məlumat verib. Qonaqlarla regionda olan seçki mühiti, ictimai – siyasi vəziyyət, seçkilərdə qadın və gənclərin iştirak faizi, seçicilərin fəallığı ilə bağlı fikir mübadiləsi aparılıb. ATƏT – in müşahidə missiyasına həmçinin AVCİYA müşahidəçilərinin sosial tərkibi, müşahidəçilər üçün təşkil olunan treniqlər, müşahidəçilər üçün hazırlanan yaddaş kitabçası və s. barədə də məlumat verilib.

AVCİYA nın Mətbuat Xidməti