ATAKİŞİYEV Aslan Qabil oğlu

YUSİFOV Zakir Tofiq oğlu
AĞAYEV Fərhad İslam oğlu
CƏBRAYILOV Fəxrəddin Mövsüm oğlu

(16.8.1953, Qubadlı r-nunun Muradxanlı k. – 7.8.1992, Laçın) – Azərbaycanın Milli Qəhrəmanı (7.12.1992, ölümündən sonra).

Laçın rayonunda gedən döyüşlərdə həlak olmuşdur. Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Əd.: Azərbaycan Milli Ensiklopediyası, 2 cild, Bakı, 2010, s.211

1960-cı ildə burada birinci sinfə getmiş, 1970-ci ildə onuncu sinfi bitirmişdir. 1972-ci ildə hərbi xidmətə çağırılmışdır. 1974-cü ildə əsgəri xidmətini yerinə yetirib doğma kəndə qayıtmışdır. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1981-ci ildə təhsilini başa vuraraq Muradxanlı kənd orta məktəbində müəllimliyə başlamışdır. Erməni işğalçılarının törətdikləri cinayətləri gördükcə, rayon işğal edildikdən sonra Laçın camaatının fəryadını, ərşə çıxan səsini eşitdikcə qəlbi intiqam hissi ilə alovlanırdı. O, Qubadlı bölgə alayına yazılır, sərhəd kəndlərinin qorunmasında canını belə əsirgəmir.

1992-ci il… Yanvarın 5-i… O, Milli Ordu sıralarına qəbul olunaraq, leytenant rütbəsi ilə tabor komandirinin müavini təyin edilir. Laçın torpaqlarının azad olunması uğrunda gedən döyüşlərin təşkilatçılarından olan Aslan rayonun Səfiyan, Mazutlu, Türklər, Yuxarı və Aşağı Fərəcan, Suarası və başqa kəndlərində gedən qanlı döyüşlərdə igidlik nümunəsi göstərərək, düşmənin xeyli hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdi. 1992-ci il… Avqustun 7-si… Son döyüş… Əsgərlərimiz Laçın dəhlizi ərazisində və Susuzdağ yüksəkliyində gedən döyüşlərdə düşmənin mövqelərini atəşə tutaraq onları irəliləməyə qoymurdular. Bu döyüşdə son nəfəsinədək vuruşan Aslan düşmənə əsir düşməmək üçün axırıncı gülləsini öz ürəyinə sıxır.

Evli idi. Üç övladı yadigar qalıb.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 40

1953-cü il avqustun 16-da Muradxanlı kəndində anadan olmuşdu. 1970-ci ildə doğma kənddəki orta məktəbi bitirmişdi. İki il sovet ordusu sıralarında xidmət etmiş, iki ilə yaxın istehsalatda çalışdıqdan sonra 1976-cı ildə Azərbayçan Dövlət Universitetinin hazırlıq  şöbəsində təhsil almış, 1977-ci ildə universitetin biologiya fakültəsinə qəbul olunmuşdu. 1981-ci ildə ali  məktəbi bitirib doğma Muradxanlı Orta Məktəbində müəllimlik etmişdi.
Qarabağ hadisələri başlanan gündən gənclərimizi əfsanəvi qəhrəman Əliyar Əliyevin  çağırışına səs verməyə çağırmışdı. Aslan şəxsi nümunə göstərərək könüllü surətdə özünümüdafiə dəstəsinə yazılmış və silaha  sarılaraq torpaqlarımızın müdafiəsinə qalxmışdı. O, rayonun sərhəd kəndlərinin qorunmasında fəal iştirak etmişdi. 1992-ci il yanvarın 5-də milli ordu sıralarına qəbul olunmuşdu. Tabor komandirinin  müavini  kimi işğal olunmuş Laçın torpaqlarının azad olunması uğrunda gedən  döyüşlərinA təşkilatçılarından biri odmuşdu.  Laçının  Səfiyan, Mazutlu, Türklər, Yuxarı və Aşağı Fərəcan, Suarası və başqa kəndlərində gedən qanlı döyüşlərdə fədakarlıq nümunəsi göstərmiş, düşmənin xeyli hərbi texnikası və canlı qüvvəsini məhv etmişdi.
Son döyüşü 1992-ci il avqustun 7-də Susuzdağ yüksəkliyində olmuşdur… Aslan bütün döyüşlərdə olduğu kimi, həmin döyuşdə də əsgərlərimizi düşmənə qarşı amansız olmağa ruhlandırmışdı. Həmişə deyərdi ki, döyüşə şir kimi atılın. Aslan meydanında  tülkü dayana bilməz. Özü şəxsi nümunələr göstərərək igidliklə  vuruşmuşdu. Aslan şiddətli döyüşlərin birində qəhrəmanlıqla həlak olmuşdur.
Məzarı Bakıda “Şəhidlər xiyabanındadır. Ailəli idi. Qızları Bəyaz, Günay və oğlu Elvin  anaları Məfkurə bacının himayəsində böyüyür, ataları ilə fəxr edirlər. Amma atasızlığın  qəm izləri bu uşaqların baxışlarından  silinmir.
Aslan Qabil oğlu Atakişiyev Azərbaycanın Milli Qəhrəmanıdır.

Mənə tək sən gərəksən,

Ömrümə tən gərəksən.

Yüz min qoşunum olsa,

Sərdarım sən gərəksən.

 

Əd.: Tarıyel Cahangir “Vətən oğul istəyəndə”, “Günəş” nəşriyyatı, Bakı, 1998, s.28-29