“AVCİYA-Ekspertiza” klubu Azərbaycanlılara qarşı soyqırımları təhlil etdi

Azərbaycanın BMT-dəki səfiri: “Həmsədrlərin bəyanatı ikibaşlı və məntiqsizdir”
TRACEKA layihəsində Şərq və Qərb maraqlıdır
“Ermənilər Türkiyə-Azərbaycan münasibətlərində yanıldıqlarını anladılar”

Klubun ilk toplantısı Azərbaycanlıların tarix boyu məruz qaldığı soyqırım siyasətinə həsr edilmişdi. AVCİYA-nın vitse-prezidenti, Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyovun moderatorluq etdiyi müzakirəyə siyasi elmlər doktoru Ramiz Sevdimalıyev, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı, “İnsan Hüquqları 21-ci əsr – Azərbaycan” Fondunun sədri Şahin Camalov dəvət olunmuşdular.

Ekpertlər 1905-1906, 1918 və 1992-ci illərdə Azərbaycan əhalisinə qarşı həyata keçirilən soyqırım siyasətinin tarixi kökləri, bu hadisələrin beynəlxalq hüquq normaları baxımından soyqırım cinayəti kimi tanınması ehtimalı barədə fikir mübadiləsi aparmışlar.

Ekspertlər 1918-ci ilin30 martvə3 aprelhadisələri zamanı Bakı şəhərində vəBakı quberniyasının müxtəlif bölgələrində, Bakı Sovetivə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılaraqarşı törətdikləri qırğın nəticəsində 12 minə yaxın azərbaycanlının qətlə yetirilməsi, on minlərlə insanın itkin düşməsi faktlarına da toxunaraq bu cinayətin motivləri barədə fikir yürütmüşdülər. Ekspertlərin qənaətinə görə, azərbaycanlılara qarşı soyqırım aksiyasının kökündə dini və etnik mənsubiyyət göstəricisi ilə yanaşı başqa vacib amillər də rol oynamışdır…

“AVCİYA-Ekspertiza” klubunun ilk toplantısının geniş analitik arayışı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Qeyd edək ki, Azərbaycanın tanınmış aparıcı alim və ekspertlərinin təmsil olunduğu bu klubun məqsədi ölkədə və dünyada baş verən hadisələr, cəmiyyətimiz üçün aktual məsələlər ətrafında operativ müzakirələrin təşkil etmək və analitik arayışlarla çıxış etməkdir.

 

AVCİYA-nın mətbuat xidməti