AVCİYA EKSPERTİZA

 AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təklifi ilə, 2015-ci ilin 1 aprel tarixindən etibarən AVCİYA-nın Ekspertlər Şurası fəaliyyətə başlayıb. Ekspertlərin Şurası Azərbaycanda və dünyada cərəyan edən hadisələrlə bağlı ekspert rəyləri, analitik yazıları və arayışları AVCİYA-nın “Ekspertiza” aylıq analitik məcmuəsində cəmiyyətə təqdim ediləcək.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Ekspertlər Şurasının üzvləri:

Abdullayev Nadir Əziz oğlu
1935 –ci ildə Göyçay rayonunun Qaramankəndində anadan olmuşdur. Göyçay Pedaqoji Texnikumunu (1950-54), Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix-filologiya fakültəsini (1954-59) bitirmişdir. 1965 –ci ildə institutun Azərbaycan dili və onun tədrisi metodikası kaferdasında müəllimlik fəaliyyətinə başlamış, hal- hazırda həmin kafedrada professor vəzifəsində çalışır. “Əməkdar müəllim”dir.
N. Abdullayev ictimai fəaliyyətlə də məşğuldur. Azərbaycan Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri , “Голос Карабаха ” qəzetinin (rus və ingilis dillərində) təsisçisidir.
N. Abdullayev Azərbaycan dili, onun tədrisinə dair yazmış olduğu yüzdənartıq elmi – metodik və publisistik məqalənin , bir çox dərslik, dərs vəsaitinin müəllifidir.

 

Musa Yaqub
Şair, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Məclisin deputatı (1995-2000). Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləmişdir. ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdur. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1974-1978). İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzetinin redaktoru olmuşdur (1978-?).
Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki dünya” poeması ilə başlamışdır. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak etmişdir. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olmuşdur (1979-?). İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. M.F.Axundov adına mükafata layiq görülmüşdür.

 

Qafarlı Ənvər Rzaqulu oğlu
Professor, Respublikanın əməkdar jurnalisti. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti “Filologiya elmləri” kafedrasının müdiri
29.12.1937-ci ildə anadan olmuşdur. 1945-52-ci illərdə yeddi illik məktəbdə oxumuşdur.
1952-56-cı illərdə Şamaxı Pedaqoji Texnikumunda təhsil almışdır. 1956-1958-ci illərdə Şəki rayonunun Kiş kənd məktəbində və şəhər idman məktəbində müəllim işləmişdir.1958-63-cü illərdə Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır.
1963-cü ildə Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsini bitirdikdən sonra təyinatla Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinin “Xəbərlər” baş redaksiyasında kiçik redaktor kimi fəaliyyətə başlamış, redaktor, şöbə müdiri, baş redaktorun müavini, bas redaktor, komitə sədrinin müavini, sədrin televiziya üzrə birinci müavini vəzifəsində çalışmışdır.1994-cü ildə Nazirlər Kabineti Mətbuat xidmətinin rəisi vəzifəsində işləmişdir.
2003-cü ildən indiyədək “Təfəkkür” Universitetində çalışır, universitetin “Filologiya elmləri” kafedrasına rəhbərlik edir.
Teleradio verilişləri komitəsində çalışdığı 30 ildən artiq müddətə böyük yaradıcılıq yolu keçmiş, jurnalist təcrübəsinə və geniş nəzəri biliklərə malik olan Ə.Qafarlı əməkdar jurnalist adına layiq görülmüş, üç dəfə “Qızıl qələm” mükafatının laureatı olmuşdur.
Hal-hazırda Universitetdə çalışmaqla yanaşı, İnsan Hüquqları üzrə İctimai Şuranın rəhbəri, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ekspertlər şurasının üzvüdür.
Beynəlxalq və sosial-siyasi məsələlərə dair çoxsaylı məqalə müəllifidir. Televiziya və radio jurnalistikasının əsaslarını, nitq mədəniyyəti məsələlərini tədqiq edir. “Televiziya və radio jurnalistkasinin əsasları” adlı ilk dərslik vəsaitinin müəllifidir (Bakı 2009) və “Nitq mədəniyyətinin əsasları” dərslik kitabı üzərində işləyir. Ailəlidir, dörd övladı var.


Axundov Namik Atalla oğlu
1940-cı ildə Lənkəran şəhərində anadan olub. Neft və Kimya institutunu bitirib. 1962-ci ildən Azərbaycan Gənclər Təşkilatında işləyib. 1964-cü ildə Azərbaycan Gənclər Təşkilatı Komitəsinin sədr müavini, 1967-ci ildə isə sədri seçilib. 1969-ci ildən Nazirlər Soveti Aparatında çalışıb. 1982-ci ildə Azərbaycan KP MK-nın Beynəlxalq əlaqələr şöbəsinin sədr müavini, 1985-ci ildən isə sədri təyin olunub.
1985-ci ildə Axundov Namik Azərbaycan Ali Sovetinin deputatı və beynəlxalq işlər üzrə parlament komissiyasının sədr müavini seçilir. 1982-ci ildə Axundov Namik İctimai Elmlər Akademiyasına (Moskva ş.) daxil olur, üç ildən sonra oranı fərqlənmə diplomu ilə bitirir. 1967-ci ildə həmin Akademiyada namizədlik dissertasiyasını, 1991-cı ildə isə Rusiya İdarəetmə Akademiyasında “Müasir beynəlxalq münasibətlərdə xalq diplomatiyasının rolu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ildə Azərbaycan Parlamentinin Beynəlxalq əlaqələr şöbəsinin sədri işləyib. 1997-cu ilin yanvarında vəzifəsindən istefa verib. Hal-hazırda Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Münasibətlər kafedrasının professorudur. ABŞ-ın Baton ruj və Yeni Orlean şəhərlərinin fəxri vətəndaşıdır.
1985-ci ildə Axundov Namik Azərbaycan Ali Sovetinin deputatı və beynəlxalq işlər üzrə parlament komissiyasının sədr müavini seçilir. 1982-ci ildə Axundov Namik İctimai Elmlər Akademiyasına (Moskva ş.) daxil olur, üç ildən sonra oranı fərqlənmə diplomu ilə bitirir. 1967-ci ildə həmin Akademiyada namizədlik dissertasiyasını, 1991-cı ildə isə Rusiya İdarəetmə Akademiyasında “Müasir beynəlxalq münasibətlərdə xalq diplomatiyasının rolu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ildə Azərbaycan Parlamentinin Beynəlxalq əlaqələr şöbəsinin sədri işləyib. 1997-cu ilin yanvarında vəzifəsindən istefa verib. Hal-hazırda Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Münasibətlər kafedrasının professorudur. ABŞ-ın Baton ruj və Yeni Orlean şəhərlərinin fəxri vətəndaşıdır.
1985-ci ildə Axundov Namik Azərbaycan Ali Sovetinin deputatı və beynəlxalq işlər üzrə parlament komissiyasının sədr müavini seçilir. 1982-ci ildə Axundov Namik İctimai Elmlər Akademiyasına (Moskva ş.) daxil olur, üç ildən sonra oranı fərqlənmə diplomu ilə bitirir. 1967-ci ildə həmin Akademiyada namizədlik dissertasiyasını, 1991-cı ildə isə Rusiya İdarəetmə Akademiyasında “Müasir beynəlxalq münasibətlərdə xalq diplomatiyasının rolu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ildə Azərbaycan Parlamentinin Beynəlxalq əlaqələr şöbəsinin sədri işləyib. 1997-cu ilin yanvarında vəzifəsindən istefa verib. Hal-hazırda Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Münasibətlər kafedrasının professorudur. ABŞ-ın Baton ruj və Yeni Orlean şəhərlərinin fəxri vətəndaşıdır.

 

Rauf Lütvəli oğlu Sultanov
1948-ci ildə anadan olmuşdur. 1971- ci ildə Azərbaycan Kənd Təssərüüfatı İnstitutunu, 1976- ci ildə isə Rusiyanın Ryazan vilayətində Elmi-Tədqiqat Arıçılıq İnstitutunun məqsədli aspiranturasını bitirmişdir. O, 1977-ci ildə namizədlik, 1995- ci ildə isə doktorluq dissertasiyasını müdafiyə edərək biologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 2009 – ci ildən professordur.
R.L.Sultanovun 34 illik elmi-pedoqoji stajı vardır. Onun 225 –yə yaxın elmi və elmi- metodik əsəri ( 340, 0 ç.v.), o cümlədən 8 monoqrafiya (62,5 ç.v), 14 dərsliyi (187,0 ç.v), 3 dərs vəsaiti (10 ç.v) , 3 metodik vəsait(11,2ç.v), 10 elmi praktik tövsiyə (16,5ç.v), 34 fənn proqramı metodik göstəriş (39,4 ç.v), 117 məqalə (32,8 ç.v), 28 qurultay, konfrans materiallaının tezizleri ( 3ç.v) çap edilmişdir. Onun 8 məqaləsi Moskva şəhərinin elmi jurnallarında, 20 məqaləsi isə Rusiyanın digər şəhərlərində Ryazan, Orenburq şəhərlərində, Qazaxıstan, Qırğızıstan, Türkiyə və sair ölkələrin elmi-praktik konfranslarının materiallarında çap edilmişdir.
R.L.Sultanov arıçılığın bioloji və kənd təsərrüfatı problemləri üzrə elmi-tədqiqat işləri aparmış və hazırda Respublikamızda bu sahənin ilk və yeganə elmlər doktorudur.
O, uzun müddətli tədqiqat işləri əsasında heyvandarlıq məhsullarının istehsalına dair 14 texnoloji prosesi işləyib hazırlanmışdır. Təqdim edilmiş texnoloji proseslər Elmi- Texniki Şura tərəfindən bəyənilmiş və mövcud təlimatlara daxil edilmişdir.
R.L.Sultanov respublikamızda yeganə alimdir ki, 5 arı populyasiyasının müəllifidir. O, ilk dəfə olaraq məqsədyönlü, ardıcıl, sistemli tədqiqatlar nəticəsində arı cinslərinin mənşəyini, formalaşmasını, yayılmasını, bioloji təsərrüfat xüsusiyyətlərini öyrənərək 2 arı cinsinin 5 populyasiyasının müəyyənləşdirmiş, onların xarici görünüşü, dioqnostik əlamətləri və 100 dən artıq xüsusiyyətlərini təyin etmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2009 cu il tarixli fərmanı ilə onun tərəfindən müəyyənləşdirilmiş Qabaqtəpə, Qonağkənd, Azərbaycan, Talış və Naxçıvan arı populyasiyaları respublika üçün təstiq edilmiş və onun tövsiyyəsi əsasında rayonlaşdırılmışdır.
O, həmçinin 2 ixtiranın və 1 səmərələşdirici təklifin müəllifidir. Apardığı tədqiqatlar nəticəsində bal arılarının Nozematoz xəstəliyinin müalicəsində bitki mənşəli ” Rahəb-1 və Rahəb- 2” (2006 cı il), həmçinin arıların Askosferoz xəstəliyinə qarşı “Raniy – 1 və Raniy -2”( 2009 cu il) dərman preparatları hazırlamışdır. Bu dərman preparatları Kənd Təsərrüfat Nazirliyinin ” Aqrar elm mərkəzi rəyasət heyətində müzakirə olunaraq istifadəsi məqsəduyğun hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin (2009- cu il 5 avqust tarixli 116 nömrəli ) qərarı ilə həmin dərman preparatları təsdiq edilmiş və müalicədə istifadə edilən dərman vasitələrin siyahısına daxil edilmişdir.
O, Beynəlxalq Apimondiya Arıçılıq təşkilatınının konfranslarında iştirak etmiş, 2006 – cı ildə Türkiyədə “Qafqaz Bal Arısı” konfransının keçirilməsində təşkilatçı, 2007–ci ildə İran Respublikasında mövcüd arı cinslərinin və populyasiyalarının öyrənilməsi vəziyyətini müəyyənləşdirmək və təcrübə mübadiləsi məqsədilə Tehranda, İsfahanda, Təbrizdə, Şirazda və digər ərazilərdə ekspedisiyalarda iştirak etmişdi.
Onun rəhbərliyim altında 8 nəfər namizədlik dissertasiyası müdafiə etmiş, 2 nəfər dissertasiya işini Dissertasiya şurasına müdafiə üçün təqdim etmiş və 3 nəfər doktorantım isə elim-tədqiqat işini davam etdirir.
R.L.Sultanov Yeni Azərbaycan Partiyasının üzvüdür. O, respublikanın, Təhsil Nazirliyinin və universitetin ictimai-siyasi işlərində fəal iştirak edir. AMEA –nın Zoologiya institutunun nəznində dissertasiya şurasının, Azərbaycan Respublikası Təhsil Nazırliyinin Elmi-Metodiki Şurasının “Biologiya” bölməsinin, “İlin ən yaxşı müəllimi” musabiqəsinin sədri, AMEA –nın tərkibində fəaliyyət göstərən Kordinasiya Şurasının elmi katibi və üzvü, Kənd Təsərrüfatı Nazirliyinin “Respublika heyvandarlığının damazlıq işləri” üzrə şurasının, “Respublika Zoologiya Cəmiyyəti” nin və “Ziyalılar cəmiyyətinin” idarə heyətinin üzvü və onun təftiş komisiyasının sədridir.
R.L.Sultanov yüksək ziyalılığı, bacarığı, pedoqoji ustalığı ilə seçilir və kollektiv arasında dərin hörmət qazanmışdır. O, respublikamızda təhsil sahəsindəki, xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ” Tərəqqi” medalı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Fəxri fərmanları ilə təltif olunmuşdur.

 

İsmayılov Çingiz Niyazi oğlu

14 aprelin 1952-ci ildə anadan olmuşdur. 1969-cu ildə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin “coğrafiya” bölməsinə daxil olmuşdur. 1974-cü ildə dövlət təyinatı ilə Quba rayonunda orta məktəb müəllimi işləmişdir.1978-1981-ci illər ərzində Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin”İqtisadi və sosial coğrafiya” kafedrasının əyani aspirantı olmuşdur.
1983-ci ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş və 2010-cu ildə professor elmi adı almışdır. 1977-ci ildən BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasında elmi və pedoqoji fəaliyyətə başlamışdır. İqtisadi və sosial coğrafiya kafedrasında assistent, baş müəllim, dosent və professor vəzifəsində çalışmışdır.
1980-1989-cu illər ərzində Bakı Dövlət Universitetinin Gənc Alimlər Şurasının sədri olmuşdur.
2004-ci ildən hal hazıra kimi “Azərbaycanda Regional İnkişaf Mərkəzi” Fondu, QHT-ın rəhbəridir.
2014-cü ilin aprel ayından hal hazıra kimi Azərbaycan Respublikasının Prezidentı yanında Dövlət İdarəçilik Akademiyasında “Davamlı İnkişafın planlaşdırılması və idarə edilməsi” kafedrasının müdiri vəzifəsində çalışır.
2001-ci ildən Beynalxalq Xəzəryanı Universitetləri Assosiyasiyanın kordinatorudur. Russiya, İran və Qazaxstanda ingilis dillərində nəşr olunan elmi jurnalların redaksiya heyatinin üzvüdür. BDU-da ingilis dilində nəşr olunan “Caspian Sea. Natural Resources” beynalxalq jurnalın məhsul katibidir.
2001-ci ildə Qazaxıstanın Neft və Qaz İnstitutunun professoru adına layiq görülmüşdür. 2006-cı ildə Qazaxıstanın Elmi və Təhsil Nazirliyinin döş nişaniyla təltif olunmuşdur.
2014-cü ildə Rusiya Xalqlar Dostluğu Universitetində keçirilmiş beynalxalq konfransda etdiyi uğurlu elmi məruzəsinə görə “Lomonosov 300 il” döş nişanı ilə təltif olunmuşdur.
Elmi fəaliyyəti əsasən Xəzər regionun geosiyasi, iqtisadi-coğrafi və ekoloji məsələlərin təhlili ilə əlaqədardır. Bir çox beynəlxalq təşkilatların üzvü və ekspertidir. 12 beynalxalq (NATO, İsalam İnkişaf Bankı, Beynalxalq Coğrafiya İttifaqı və diğər təşkilatlar tərəfindən maliyyələşdirilən) layihənin rəhbəri və koordinatoru olmuşdur. Respublikada və xaricdə nəşr olunmuş 200-dən çox elmi əsərin, o cümlədən 10 kitab, 2 monoqrafiya və 2 dərsliyin müəllifidir.Rəhbərliyi altında 20-dən çox magistr dissertasiyası yerinə yetirilmiş,1 elmlər dokoru və 2 elmlər namizədi hazırlamışdır.
2005-2010-cu illər ərzində AMEA-nın Coğrafiya İnstitutu nəzdində fəaliyyət göstərən dissertasiya işləri üzrə Müdafiyə Şurasının üzvü olmuşdur. 2011-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın İqtisadiyyat üzrə Ekspert Şurasının üzvü olmuşdur.
2015-ci ilin əvvəlindən Azərbaycan Respublikasının Prezidentı yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən dissertasiya işləri üzrə Müdafiyə Şurasının üzvüdür.
Eyni zamanda, prof. Ç.İsmayılov iqtisadiyyat, coğrafiya, siyasət və ekologiya sahəsində aşağıdaki beynəlxalq təşkilatların üzvü və ekspertidir:
-Gerson Lehrman Group (USA);
-Central Eurasian Studies Society(USA);
-National Geoqraphic Society (USA);
-Association of European Schools of Planning (EU);
-Caspian Environment Programme (EU);
-Regional Environmental Centre for the Caucasus (EU);
-Экспертная сеть Kreml.org (Россия)

 

Zülfüqarlı Məhərrəm Paşa oğlu

Dosent, tarix üzrə fəlsəfə doktoru – 19 avqust 1955 – ci il, Azərbaycan Respublikası Ucar şəhərində anadan olub. 1978 – ci ildə Bakı Dövlət Univesitetinin tarix fakultəsi əyani şöbəsini, 1986 – cı ildə həmin universitetin aspiranturasını bitirib. 1990 – cı ildə Bakı Dövlət Univesitetinin Elmi Şurasında disertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 2001 – ci ildən doktorluq işi müdafiə üçün hazırdır. 06 dekabr 2013-cü ildə Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları” (5509.01) ixtisası üzrə “Azərbaycan SSR-in ictimai-siyasi tarixinin sovet tarixşünaslığı (1946-1990-cı illər)” adlı doktorluq dissertasiyası BDU-nun Tarix fakultəsinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının geniş iclasında müzakirə olunaraq müdafiəyə tövsiyyə edilmişdir.. 1977-1980-ci illərdə Dövlət təyinatı ilə Saatlı rayonu Nərimankənd orta məktəbində müəllim, 1980-1981-ci illərdə Azərbaycan SSR EA Tarix İnstitutunda baş laborant, 1981-1992-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında əvvəlcə müəllim, sonra isə baş müəllim, 1992-1993-cü illərdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatında humanitar məsələlər üzrə şöbə müdiri, 1998-2000-ci illərdə Bakı Dövlət Universitietində baş müəllim, 2000-2001-ci ilərdə Bakı Biznes universitetində baş müəllim, magistratura şöbəsinin müdiri vəzifəsində çalışıb. 2007-ci ildən Azərbaycan Turizm və Menecment Universiteti “İctimai fənlər kafedrası”nın dosenti, Universitetin elmi katibidir. 12 oktyabr 2002-ci ildə ABŞ Respublikaçılar İnstitutu Seçki Akademiyasının Seçki kompaniyasının rəhbəri sertifikatını alıb. 47 kitabın, 14 metodik işin, 56 elmi və 605 qəzet məqalələrinin müəllifidir.

 

Səlimov Kamil

Hüquq Elmləri Doktoru, BDU-nun Professoru və “Kriminalistika və Məhkəmə ekspertizası”kafedrasının müdiri
1956-cı il 12 apreldə Bakı şəhərində anadan olub. Ailəlidir, 2 övladı var.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1974-1979-cu illər Hüquq fakültəsi, Bakı Dövlət Universiteti
1980-1981-ci illər Hüquq fakültəsi, aspirant, Ukrayna Xarkov Universiteti
1987-SSRİ Prokurorluğu yanında Cinayətkarlığın Səbəblərinin Öyrənilməsi və Qarşısının Alınması üzrə Tədbirlərin Hazırlanması Ümumittifaq İnstitunda hüquq elmləri namizədi dərəcəsi almaq üçün namizədlik dissertasiyası
2000- Rusiya Federasiyası Daxili İşlər Nazirliyi ETİ-də hüquq elmləri doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyası
ƏMƏK FƏALİYYƏTİ
1) 1973-laborant, Məhkəmə Ekspertizaları ETİ
2) 1979-1984-vəkil, Azərbaycan Respublikası Vəkillər Kollegiyası
3) 1984-1987-sədr müavini, Azərbaycan Respublikası Vəkillər Kollegiyası
4) 1988-1992 müəllim, kriminalistika və məhkəmə ekspertizası kafedrası, Hüquq fakültəsi , BDU
5) 1992-2009- müdir, kriminalistika və məhkəmə ekspertizası kafedrası, Hüquq fakültəsi, BDU
kriminalistika, əməliyyat-axtarış fəaliyyəti dərslərini aparır
6) 2006-koordinator, Ədliyyə Nazirliyi yanında Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəa liyyətində ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitə 7) 2007-2009-üzv, Ədliyyə Nazirliyi yanında Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitə
İctimai fəaliyyət:
1) 2007-2009-ekspert, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası
2) 2004-2009- sədr, “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi
3) 2008-2009-sədr, Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu
Elmi fəaliyyət:
101 məqalə
2 monoqrafiya
4 kitab
1 patent
yetişdirdiyi elmlər namizədlərinin sayı 3dür.
1989-cu ildə SSSR dövründə terrorçuluqla mübarizənin kriminoloji və kriminalistik problemlərin tədqiqatı ilə məşğul olub.
mükafatları yoxdur.
TƏDQIQAT SAHƏSI
terrorçuluqla mübarizənin kriminoloji və kriminalistik problemləri;
ayrı-ayrı cinayətlərin törədilməsinin istintaq metodikası;
münaqişələr, terrorçuluğun qarşısının alınması və profilaktikası.

 

Məmmədov Rüstəm Fəxrəddin oğlu
Hüquq elmləri doktoru, professor , Beynəlxalq Ümumi Hüquq kafedrasının müdiri
1956-cı ildə, aprel ayının 30-da Bakı şəhərində anadan olmuşdur.
1963-1973-cü illərdə 56 saylı orta məktəbdə təhsil almışdır.
1974-1980-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində təhsil almışdır.
1980-ci ildən BDU-da BÜH kafedrasında çalışır ( ilk öncə professor assistenti, sonra isə meəllim, dosent və 1996-cı ildən kafedra müdiri vəzifəsində çalışır)
1997-ci ilin aprel ayından 2004-cü il oktyabr ayına qədər Azərbaycan Respublikası Prezidentin İcra Apparatında çalışmışdır.
Evlidir, 2 övladı var (qız və oğlan)
1980-ci ildə Bakı Dövlət Universitetinin hüquqşunaslıq ixtisası üzrə bitirmişdir.
1989-cu ildə SSRİ XİN-in Diplomatiya Akademiyasında „Xəzərin hüquqi statusu” mövzusunda elmlər namizəd dərəcəsini müdafiə etmişdir.
2007-ci ildə Azərbaycan MEA-nın İnsan hüquqları İnstitutunda “Xəzərin hüquqi statusu(nəzəri və praktiki məsələlər)” mövzusunda müdafiə etmiş və doktorluq dərəcəsi almışdır.
1973-cü ildəAzərbaycan SSRİ DİN-in yanğınaqarşı mühafizə idarəsində işə qəbul olunmuş, əvvəlcəbölmə rəisi və Bakı İdarəsinin rəis müavini kimi çalışmışdır.
1980-ci ilin oktyabrından BÜH kafedrasında çalışır.
Bakalavrda Beynəlxalq цmumi hüquq, Beynəlxalq dəniz hüququ, Beynəlxalq щumanitar hüquq fənlərinи və beynəlxalq hüquq elminin tarixi və metodikası fənnini tədris edir.
1980-ci ildən bəri 9 kitabı işıq üzü görmüş (dərslik, monoqrafiya və broşura) və 200-dən çox məqaləsi 6 ölkədə 4 dildə nəşr olunmuşdur.
Beynəlxalq hüquq sahəsində 45 aspirant yetişdirmişdir, 4 Azərbaycan məkanında və 3 xarici ölkələrdə fəaliyyət göstərən elmi jurnalların redaksiya heyətinin üzvüdür.
2006-cı ildə BDU-da “İlin alimi” nominasiyasında seçilənlər sırasında olmuşdur.
2009-2010-cu illərdə BDU-da Beynəlxalq hüquq ixtisası üzrə Elmi şuranın sədri olmuşdur. 2011-ci ilin fevral ayından Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Komissiyasının üzvüdür.

 

Fuad İlyas oğlu Babayev

1971-ci ildə Bakıda anadan olub.
1992-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin fəlsəfə fakültəsini vaxtından bir il əvvəl bitirib.
İxtisasca politoloq, sosial-siyasi fənlər müəllimidir.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalistdir.
1992-2014-cü illərdə AMEA-da çalışıb. 1994-2000-ci illərdə Qərb Universitetinin müəllimi olub.
Müxtəlif kütləvi informasiya vasitələrinə rəhbərlik edib. 1997-1999-cu illərdə “SPACE” Müstəqil Teleradio Şirkətinin Xəbərlər departamentində direktor müavini, 2000-2004-cü illərdə direktor kimi çalışıb. Bir neçə televiziya layihəsinin, o cümlədən “Hər həftə” analitik-informasiya proqramının yaradıcısı və aparıcısı olub.
2004-cü ildən Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) baş direktorudur.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının direktorudur.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 

Musayev Dəyanət Musa oğlu

15.06.1980-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. 2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin bakalavr pilləsini, 2004-cü ildə həmin universitetin tarix fakültəsinin magistraturasını fərqlənmə diplomu ilə bitirmiş, magistr dərəcəsi almışdır. 2005-2008-ci illərdə ADPU-nun “Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası” kafedrasının əyani aspirantı olmuş, namizədlik dissertasiyasını vaxtından əvvəl bitirərək, 2009-cu ildə növbədən, limitdən kənar müdafiəyə buraxılaraq, müvəffəqiyyətlə müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2008-ci ildən ADPU-nun tarix fakültəsinin həmkarlar ittifaqının sədri, fakültə Elmi Şurasının və Dissertasiya Şurasının üzvüdür. Hal-hazırda ADPU-nun və BDU-nun müəllimidir. 2015-ci ildən Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının Tarix və Siyasi elmlər üzrə ekspert Şurasının elmi katibidir. 2005-ci ildən Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyində sayt redaktoru, 2008-ci ildən Birliyin layihələr üzrə əlaqələndiricisi, 2009-2010-cu illlərdə həmin təşkilatın icraçı direktoru vəzifəsində çalışıb. 2014-cu ildən Azərbaycanda İnsan Haqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun Şamaxı ofisinin rəhbəridir.

 

Camalov Şahin Vəkilağa oğlu

27.06.1980 tarixində Cəlilabad rayonunda anadan olmuşdur. İlk təhsilini Cəlilabad rayonun 1 saylı orta məktəbində almış daha sonra 1994-1998-ci illərdə isə Lənkəran Özəl Türk Liseyində oxumuşdur.
1998-2002-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər fakultəsində bakalavr, 2002-2004-cü illərdə həmin fakültənin magistr pilləsində təhsil almışdır. 2005-2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutununda beynəlxalq hüquq şöbəsində aspirantura təhsili almışdır.
2002-ci il aprel-iyun aylarında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, 2004-cü il fevral-may aylarında Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində təcrübə keçmişdir.
Ş. Camalov 2002-2004 illərdə “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyinin beynəlxalq hüquq üzrə ekspert-analitiki, 2004-2007-ci illərdə İcraçı Direktor vəzifəsində işləmiş, bu müddət ərzində 2005-2006-cı illərdə ATƏT-in Bakı Ofisinin maliyyə dəstəyi ilə həyata keçirilən “Xəzər – İnsan Hüquqları Məktəbi”-nin rəhbəri olmuşdur. Həmçinin Xəzər panoraması” ictimai-siyasi jurnalının redaktoru və məsul katibi olmuşdur.
2007-ci ildən bugünə qədər “İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondunun Prezidenti, 2008-2015-ci illərdə isə İnsan Hüquqlarına dair Beynəlxalq StandartlarınTəsbiti üzrə Birgə İşçi Qrupununun (BİQ) həmsədri, həmçinin “Qaynar Xətt” xidmətinin rəhbəri vəzifəsində işləmiş, 2015-ci ilin mart ayından etibarən isə BİQ-ə sədrlik edir.
“İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondunda rəhbərliyi zamanı ATƏT-in Bakı Ofisinin maliyyə dəstəyi ilə “Naxçıvanda Hüquqşünasların bacarıqlarının artırılması layihəsi” və bir çox başqa layihə və tədbirlərin keçirilməsinə rəhbərlik etmişdir. Fondun rəsmi orqanı olan “Vətəndaş və Cəmiyyət” qəzetinin baş redaktor, 06.2013-12.2014-ci illərdə AVCİYA-nın “Sərsəng Harayı” layihəsində ekspert, 05.2014-09.2014 tarixlərində Sərsəng Su anbarının işğalının regionda insan hüquqlarının vəziyyətinə təsirinin araşdırılması üzrə ekspert qrupunun rəhbəri olmuşdur.
2010-cu ildən Azərbaycan Respublikasının Ədliyyə Naziri yanında Penitensiar sistemə nəzarət üzrə “İctimai Komitə”-nin üzvüdür.
Hal-hazırda Azərbaycan Turizm və Menecment Universitetinin Mehmanxana və Restoran Biznesi kafedrasının müəllimidir.
“İnsan hüquqları” (müəllimlər üçün vəsait), “Məktəblərdə insan hüquqları” (müəllimlər üçün vəsait) kitablarının və 10-larla elmi məqalənin müəllifidir.

 

COMMENTS