AVCIYA Gəncədə növbəti regional seminar keçirib

“ELS” və AVCİYA “exit-poll” və “quik-count” tədqiqatlarını keçirməyə tam hazırdır
AVCİYA yeniyetmələrə siqaret satılması haqqında monitorinqin nəticələrini açıqladı
AVCİYA Şirvanda seminar keçirdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı bələdiyyə seçkiləri ilə əlaqədar növbəti regional seminarları Gəncədə keçirib. AVCİYA-dan SalamNews-a verilən məlumata görə, seminarda Gəncə ilə yanaşı digər qərb rayonlarının nümayəndələri də iştirak edib. Tədbirdə AVCİYA-nın Gəncə regional ofisinin rəhbəri Muxtar Əsədov qarşıdan gələn bələdiyyə seçkiləri ərəfəsi regionda mövcud olan ictimai-siyasi vəziyyət barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra AVCİYA Seçki Qərargahının rəhbəri, dosent Məhərrəm Zülfüqarlı məruzə ilə çıxış edərək assosiasiyanın seçkilərlə bağlı bu günə qədər gördüyü işlər, yerli özünüidarənin beynəlxalq təcrübəsi, 2014-ci il seçkiləri ərəfəsi ölkədaxili və beynəlxalq vəziyyət, bələdiyyə institutunun ölkə üçün əhəmiyyəti və s. barədə ətraflı məlumat verib.

Tədbirin sonunda seminar iştirakçılarının müxtəlif suallarına cavab verilib, bələdiyyələrin nüfuzunun artırılması üçün zəruri olan real işlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparılıb.AVCİYA növbəti regional seminarları Şirvan və Şamaxı şəhərlərində keçirməyi planlaşdırır. /salamnews.org/