AVCİYA Naftalan və Yevlaxda seminarlar keçirdi

Bir sıra şəhərlərin baş planları təsdiqlənib
Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçirilib
Stiven Kalonzo Musyoka: Azərbaycanda seçkiqabağı mühit heyranedici dərəcədə sakitdir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCIYA) Seçki Qərargahı bələdiyyə seçkiləri ilə əlqədar regionlarda seminarları davam etdirir. Assosiasiya növbəti seminarları Naftalan və Yevlax rayonlarında keçirildi. Hər iki tədbirdə AVCİYA-nın ekspertləri məruzələrlə çıxışlar ediblər. Tədbirlərdə bələdiyyələrlə bağlı beynəlxalq təcrübə, bələdiyyə institutunun keçdiyi tarixi yol, bələdiyyələrin fəaliyyətində mövcud problemlər. Azərbaycanda 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ərəfəsi mövcud ictimai-siyasi vəziyyət və digər məsələlər haqqında tədbir iştirakçılarına məlumat verilib. Bundan başqa müşahidəçilərin hüquq və vəzifələri, seçki günü onların görəcəyi işlər barədə də tədbir iştirakçıları məlumatlandırıb. Tədbirlərin sonunda seminar iştirakçılarının müxtəlif suallarına cavab verilmiş, regionda bələdiyyələrin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.

AVCIYA Seçki Qərargahı