AVCİYA-nın futbol komandası QHT-lər arası turnirdə uğurla çıxış edib

Elxan Süleymanov: “Sərsəng su anbarındakı vəziyyətlə bağlı Tərtərdə beynəlxalq konfrans keçiriləcək”
AVCİYA prezident seçkiləri ilə bağlı KİV-də aparılan monitorinqin nəticələrini açıqlayıb
“Sərsəng SOS: Humanitar Böhran Təhdidi” adlı kitabın təqdimatı keçirilib

QHT-lər arasında əməkdaşlıq əlaqələrini artırmaq, QHT üzvlərinin sağlamlığının qayğısına qalmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və qhtxəbər.az saytının təşkilatçılığı ilə iyun ayının 2-də  Qeyri Hökumət Təşkilatları arasında futzal turnirinə start verilmişdir. Turnirə 16 komanda qatılmışdır. Azərbaycanın ictimai həyatında fəallığı ilə seçilən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “AVCİYA” futbol komandası  həmçinin sözü gedən turnirin iştirakçısı olmuşdur.

May ayında keçirilən püşk atma mərasimində “AVCİYA” komandası B qrupunda yer almışdı və turnirin favoritlərindən birisi hesab edilirdi. Turnirdə ilk oyununu “AVCİYA” komandası çempionatın digər favoriti “ULTRASLAN” komandası ilə keçirdi. Bu oyunda komanda tam gücünü ortaya qoya bilmədi və və oyunun qalibi “ULTRASLAN” oldu.

Növbəti oyunu “AVCİYA” komandası turnirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını təmsil edən “ŞURA” komandası ilə üz-üzə gəldi. “AVCİYA” komandası bu oyunda iddiasını ortaya qoydu və birinci turda məğlubiyyətini “ŞURA” komandasının üzərində ki 4-0 hesablı qələbəsi ilə unutdurdu.

III turda “AVCİYA” futzalçılarının rəqibi Aspirant ve Magistrlar Cəmiyyətinin «Аspirantlar» komandası oldu. “AVCİYA” bu dəfə daha da inamlı oyun nümayiş etdirərək rəqibini 5-0 hesabı ilə məğlub etdi.

Beləliklə, çıxış etdiyi qrupun birincisi olaraq “AVCİYA” komandası ¼ finalda İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyini təmsil edən  “İqtisadçılar” komandası ilə üzləşdi. Baxımlı oyun sərgiləyən “AVCİYA” komandası  “İqtisadçılar” üzərində 10-2 hesabı ilə inamlı qələbə qazanaraq yarımfinala vəsiqə əldə etdi.

Yarımfinal görüşündə “AVCİYA” komandası  Demokratik Tələbə Gənclər Təşkilatlarının təmsil edən “Tələbə gənclər” komandası ilə qarşılaşdı. Görüş zamanı rəqib komandanın heyətində öncəki oyunlardan cəzalı olan oyunçunun meydana çıxdığı aşkar olunsa da təşkilatçılar tərəfindən “Tələbə gənclər” komandası diskvalifikasiya edilmədi. Qərara görə cəzalı oyunçu heyətdən çıxarılaraq oyun yenidən başladı. “AVCİYA” bu qərarın ədalətsiz olduğunu bildirsə də qərar dəyişmədi. Gərginliyi ilə yadda qalan oyunda “AVCİYA” komandası əzmkar mübarizə aparsa da sonda meydanı məğlubiyyətlə tərk etdi və finalın bir addımlığında mübarizəni dayandırdı.