AVCİYA-nın saytları mükafatlandırıldı

AŞ PA Azərbaycanın xeyrinə qərar qəbul edib
AVCİYA referendumla bağlı uzunmüddətli müşahidə ilə əlaqədar ilkin hesabatını təqdim edib
“Qaradağlıdan Xocalıya” adlı tədbir keçirilib

Milli İnternet Mükafatı – Milli Net 2014 qaliblərinin təqdimat mərasimi keçirilib. Dekabrın 19-da Bakı Biznes Mərkəzində Milli İnternet Mükafatı – Milli Net 2014  qaliblərinin təqdimetmə mərasimi keçirilib. Təqdimat mərasimində artıq 6-cı il keçirilən Milli Net 2014 müsabiqəsinin cari il üçün qalibləri elan olunub.

14 Nominasiya üzrə 272 sayt yarışıb.

Yarışda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assossasiyanının (AVCİYA) iki saytı da iştirak edib. http://1905.az (İctimai-sosial saytlar nominasında ), http://karabakhinfo.com (Qarabağla bağlı saytlar nominasiyasında)  saytları da diplomlara layiq görülüblər.