AVCİYA nümayəndələri ABŞ Milli Demokratiya İnstitutu və Avrasiya Əməkdaşlıq Fondunda oldular

Ermənistan Azərbaycana qarşı sudan ekoloji silah kimi istifadə edir
PRESS-RELIZ
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Seçki Qərargahı PRESS RELIZ

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nümayəndələri beynəlxalq təşkilatlarla görüşləri davam etdirir. Bu gün Assosiasiyanın vitse-prezidenti Vəli Əlibəyov ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisində seçkilərin monitorinqi üzrə proqram rəhbəri Yan Vudvart və proqram assistenti Minayə Səfərova ilə görüşüb.

Bundan başqa Avrasiya Əməkdaşlıq Fondunun icraçı direktor Camal Şahverdiyev AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlını qəbul edib.

Hər iki görüşdə beynəlxalq təşkilatların nümayəndələrinə AVCİYA-nın prezident seçkiləri ilə əlaqədar respublikanın bütün bölgələrində gördüyü çoxcəhətli işlər barədə məlumat verilib. Bundan başqa AVCİYA-nın seçkilərin müşahidəsi və “exit-poll”, “quick-count” tədqiqatları ilə bağlı gördüyü hazırlıq işləri barədə də görüş iştirakçıları məlumatlandırılıb.