AVCİYA prezident seçkilərində müşahidə və “exit-poll” həyata keçirəcək

İşğalçı rejimin Xankəndi hava limanını istifadəyə vermək planları ilə bağlı AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin bəyanatı
AVCİYA Bakıda seçkilərlə bağlı treninq keçirdi
M.Ə.Sabirin yaradıcılığına həsr olunan II Bədii Qiraət müsabiqəsi keçirilir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) oktyabrın 15-də keçiriləcək prezident seçkilərində müşahidə və “exit-poll” həyata keçirəcək.
Bu barədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) çərşənbə günü Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.

“Exit-poll”u “ELS” Müstəqil Araşdırmalar Mərkəzi keçirəcək. Mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, “exit-poll” 125 dairədə 500 məntəqəni əhatə edəcək.

“Exit-poll” zamanı şəffaf qutulardan istifadə olunacağını deyən Yaqubova seçicilərin anonimliyinin qorunacağını, “exit-poll” məlumatlarının mütəmadi mərkəzi seçki qərargahına ötürüləcəyini və səsvermə başa çatandan sonra, saat 8 radələrində “exit-poll”un nəticələrinin AVCİYA-nın  www.azerbaijan-election.net və www.avciya.az saytlarında yerləşdiriləcəyini deyib.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi həmçinin “Quick-Count” tədqiqatını da aparacaq. Həmin tədqiqat səsvermənin nəticələri ilə “exit-poll”un nəticələrini müqayisə etməyə imkan verəcək. Mərkəz “exit-poll” aparacaq 1000 nəfər intervyüer üçün sabahdan etibarən bütün respublika ərazisində treninqlərə başlayacaq.

AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qurumun beynəlxalq standartlar çərçivəsində müşahidəçilik missiyası aparacağını deyib. Onun sözlərinə görə, qurum ABŞ-ın Respublikaçılar İnstitutu, Milli Demokratiya İnstitutu ilə və digər bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Seçkiləri müşahidəsini aparacaq müşahidəçilər üçün treninq və seminarlar keçirilir və bu iş hazırda da davam etdirilir.

AVCİYA-nın müşahidəçilərinin 5 mindən artıq seçki məntəqəsində müşahidə aparacağını deyən Zülfüqarlı ilkin nəticələrin sentyabrın 16-da açıqlayacaqlarını bildirib.