AVCİYA referendumla bağlı aralıq hesabatını açıqlayıb

III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə təşkil olunacaq
Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışı olub
Ötən il 955 halda əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi faktı aşkar edilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabrda keçiriləcək referendumu müşahidə ilə bağlı aralıq hesabatını açıqlayıb. AVCİYA-dan APA-ya verilən məlumata görə, hesabatda  Azərbaycanda keçirilmiş referendumlar haqqında məlumat, referendum qabağı siyasi mühitin təhlili, söz və mətbuat azadlığının vəziyyəti, referendum administrasiyasının fəaliyyəti, AVCİYA haqqında məlumat və  2 radio (İctimai radio, Azadlıq radiosu), 9 qəzet ( 3 iqtidar-“Azərbaycan”, “Xalq”, “Бакинский рабочий”, 3 neytral- “525-ci qəzet”, “Ədalət”, “Şərq” qəzetləri, 3 müxalifət- “Azadlıq”, “Yeni Müsavat”, “Xalq Cəbhəsi” qəzetləri) və 2 informasiya agentliyinin (APA, “Turan”) monitorinqi öz əksini tapıb.

Bildirilib ki, 13 KİV-də iyulun 26-dan-sentyabrın 21-nə kimi referendumla bağlı 958 məlumat, məqalə, müsahibə verilib. Bunlardan 427-də referenduma müsbət, 398-də neytral, 101-də isə mənfi münasibət öz əksini tapıb.

Referendumla bağlı bir ay ərzində ən çox məlumat “Azərbaycan” qəzetində (262), İctimai radioda (107), “Yeni Müsavat” qəzetində (90), Azadlıq radosuda (86) verilib.

Hesabatda qeyd olunub ki, bir ay ərzində 13 KİV üzərində aparılmış  monitorinq sübut edir ki, ölkədə fəaliyyət göstərən KİV-in mütləq əksəriyyəti referenduma müsbət yanaşaraq, bunu Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, inkişafına, insan haqlarının qorunmasına yaxından kömək edəcək amil kimi qiymətləndiriblər.

Assosiasiya həmçinin “Azərbaycanda 2016-cı il referendumu ilə bağlı hüquqi çərçivənin müqayisəli təhlili”  və “Müşahidəçilər üçün yaddaş” kitabçalarını nəşr edib. “Azərbaycanda 2016-cı il referendumu ilə bağlı hüquqi çərçivənin müqayisəli təhlili”  kitabında Referendumda Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişiklərin Fransa, Niderland, Norveçin qanunvericiliyi ilə müqayisəsi verilib. Bundan başqa assosiasiya referendum günü 3000 müşahidəçi ilə 65 DSK-da müşahidəni təşkil edəcək. Qeyd olunub ki, AVCİYA Seçki Qərargahı 26 avqustdan etibarən müşahidəçilərə seminarlar keçirməyə başlayıb. Artıq Şirvan, Hacıqabul, Sabirabad,  Zaqatala, Balakən, Qax, Gəncə, Göygöl, Daşkəsən, Bərdə,Tərtər, Goranboy, Quba, Şabran, Biləsüvar, Lənkəran və Cəlilabad rayonlarında seminarlar başa çatıb. Assosiasiya yaxın günlərdə Bakıda Bakı, Sumqayıt və Abşeron ərazilərindəki MnSK-larda müşahidə aparacaq şəxslər üçün seminarlar keçirəcək.