AVCİYA regionlarda müşahidəçilərlə treninqləri başa vurdu

Elxan Süleymanov ATƏT DTİHB-nin direktoruna müraciət edib
AVCİYA müşahidəçilər üçün yaddaş kitabçası nəşr etdi
AVCİYA Milli Məclisə növbədənkənar seçkilərlə bağlı Aralıq hesabatı təqdim etdi

«Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası» (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ərəfəsi Respublikanın 12 regional mərkəzində müşahidəçilərə treninqlər keçirib. İsmayıllı, Göyçay, Qax, Qəbələ, Mingəçevir, Gəncə, Şirvan, Saatlı, Salyan, Lənkəran, Xaçmaz və Quba şəhərlərində keçirilən treninqlərdə ətraf rayonların da nümayəndələri iştirak edib. Treninqlər zamanı müşahidəçilərə 2400 ədəd AVCİYA Seçki Qərargahının hazırladığı “2008-ci il Prezident seçkilərinin Monitorinqi. Yaddaş kitabçası” paylanıb.

Regionlarda keçirilən treninqlərlə yanaşı AVCİYA-nın 49 rayon koordinatorunun attestasiyası da həyata keçirilmişdir.

AVCİYA Seçki Qərargahı müşahidəçilərin qeydiyyatdan keçməsi ilə bağlı bəzi DSK-larda mövcud olan bəzi problemləri həll etmək üçün MSK-ya müraciət etmişdir.

Seçki Qərargahı Prezident seçkiləri ərəfəsi iş planına uyğun olaraq öz fəaliyyətini daha da genişləndirir.