AVCİYA Seçki Qərərgahı regionlarda görüşləri davam etdirir

ATƏT – in müşahidə missiyası AVCİYA-nın Xaçmaz ofisində olublar
AVCİYA Seçki Qərargahı prezident seçkiləri ilə bağlı həyata keçirdiyi KİV-in monitorinqini və hesabatını açıqlayıb
AVCİYA Parlament seçkiləri ilə bağlı regionlar üzrə müşahidəçilərin seçilməsini başa çatdırıb

«AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI»nın (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ərəfəsi regionlarla işi daha da genişləndirir. Seçki Qərargahının sədri Məhərrəm Zülfüqarlının rəhbərliyi ilə nümayəndə heyəti 12 – 23 iyul 2008 –ci il tarixlərdə Xaçmaz, Quba, Göyçay, Mingəçevir, Gəncə, Şamaxı, İsmayıllı və Şəki şəhərlərində olaraq Assosiasiyanın regional ofislərində görüşlər keçirmişlər.

Görüşlərdə Seçki Məcəlləsinə edilmiş son dəyişiklər, Venesiya Komissiyasının təklifləri, seçkilərin monitorinqi ilə əlaqədar yerlərdə işin təşkili və s. məsələlər haqqında məlumatlar verilmiş, “Seçki günü məntəqə seçki komissiyalarının iş qaydası haqqında”, “Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə öz təşəbbüsü ilə müşahidə aparması qaydaları haqqında” , “ Qeydiyyatdan keçməli müşahidəçilər tərəfindən dairə seçki komissiyasına təqdim edilən sənədlərin siyahısı” haqqında təlimatlar haqqında məlumatlar verilib və həmin sənədlərdən nümunələr onlara təqdim edilib. Bundan başqa yerli, beynəlxalq müşahidəçilərin ərizə formaları, seçki günü müşahidələrin nəticələrinə dair yekun rəy və aktların yazılması üçün blankların nümunələri, seçkilərin monitorinqinə hazırlıqla bağlı müxtəlif təlimatlar və tapşırıqlar verilmiş, müşahidəçilərin siyahılarını hazırlanmasının konkret vaxtı müəyyən edilmişdir.

Görüş iştirakçılarına həmçinin AVCİYA Seçki Qəragahının hazırladığı “2008 – ci il Prezident seçkilərinin Monitorinqi. Yaddaş kitabçası” barədə məlumat verilib. Bundan başqa Şamaxı rayonu üzrə təyin olunmuş yeni koordinator regional ofisin nümayəndələrinə təqdim olunmuşdur. AVCİYA Seçki Qərargahı avqust ayını əvvəlinə kimi regionlarda görüşləri başa çatdıqdan sonra regionlarda müşahidəçilər üçün treninqlər təşkil etməyi planlaşdırır.