AVCİYA Seçki Qərargahı regionlarda fəaliyyətini genişləndirir

AVCIYA bələdiyyə seçkiləri ilə əlaqədar seminarlara Şirvandan başladı
Memarlıq və İnşaat Universitetində Dağlıq Qarabağla bağlı Ağ Evin saytında açılan petisiya ilə əlaqədar görüş keçirilib
AVCİYA-da “İşğalçının ifşası: Görünən kəndə bələdçilik cəhdi” layihəsi çərçivəsində sonuncu dəyirmi masa keçirilib

«AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI»nın (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ərəfəsi regionlarda öz fəaliyyətlərini daha da genişləndirir. Seçki Qərargahının sədri Məhərrəm Zülfüqarlının rəhbərliyi ilə nümayəndə heyəti iyul ayı ərzində seçkilərə hazırlıqla bağlı bütün regional ofislərdə görüşlər keçirməyi planlaşdırır.

Qərargah üzvləri 12, 14, 15, 16 iyul 2008–ci il tarixlərdə Xaçmaz, Quba, Göyçay, Mingəçevir və Gəncə şəhərlərində olaraq Assosiasiyanın regional ofislərində görüşlər keçirmişlər. Görüşlərdə Seçki Məcəlləsinə edilmiş son dəyişiklər, Venessiya Komissiyasının təklifləri, seçkilərin monitorinqi ilə əlaqədar yerlərdə işin təşkili və s. məsələlər haqqında iştirakçılar məlumatlandırılmışdır. Bundan başqa AVCİYA–nın regional ofislərinə seçkilərin monitorinqinə hazırlıqla bağlı müxtəlif təlimatlar və tapşırıqlar verilmişdir.

Növbəti görüşlər 21, 22, 26, 29, 30 iyulda İsmayıllı, Şəki, Şirvan, Saatlı, Salyan, Lənkəran şəhərlərində keçiriləcək.

AVCİYA Seçki Qərargahı avqustun 1 – dən başlayaraq regionlarda müşahidəçilər üçün treninqlər təşkil etməyi planlaşdırır.