AVCİYA şimal rayonlarında seçki təlimlərini davam etdirdi

Şamaxı rayonunda “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusunda  Dəyirmi Masa keçirilib
Dövlət başçısı: “Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır”
Dünya azərbaycanlılarına

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ilə əlaqədar  növbəti  seminarları Quba, Qusar, Xaçmaz, Şabran rayonlarının seçki fəalları üçün  keçirib.

 

AVCİYA Seçki Qərargahının rəhbəri t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı tədbir iştirakçılarına Seçki Qərargahının Fəaliyyət Proqramı və seçki öncəsi ictimai-siyasi vəziyyət barədə məlumat verib. Daha sonra o, Prezident seçkilərinin monitorinqini həyata keçirəcək müşahidəçilərə təlimlər keçib. Tədbirlərin keçirilməsində məqsəd regionlarda əhalinin seçki fəallığının artırılması və müşahidəçilərin maarifləndirilməsidir.

Tədbirlərdə həmçinin AVCİYA Seçki Qərargahının üzvü Elvin Bədəlli, AVCİYA Zaqatala Regional ofisinin rəhbəri Eynulla Xeyrullayev və rayon koordinatorları iştirak ediblər.

AVCİYA Seçki Qərargahı növbəti seminarları Gəncə, Göygöl, Daşkəsən, Tovuz rayonlarının  seçki fəalları üçün keçirəcək.

 

AVCİYA Seçki Qərargahının  Mətbuat Xidməti