Azərbaycan xəbərdarlıq edir ki, erməni işğalı nəticəsində meydana çıxan insan tələfatı yaranmaqda olan ekoloji fəlakətin əhəmiyyətini azalda bilər

AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ KOMMÜNİKE
Tərtər rayonu haqqinda ümumi məlumat
ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfər edəcəklər

Cari ilin 10 iyununda Vyanada keçirilmiş “Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi” beynəlxalq konfransı haqqında dünya mediasında yazılar çıxmaqdadır. Konfransın moderatoru, Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Şamaxının Millət vəkili Elxan Süleymanovun qərargahından verilən məlumata görə sizə təqdim etdiyimiz yazı  İngilis, Alman və Fransız dillərində 341 onlayn saytda yerləşdirilib.

Azərbaycan xəbərdarlıq edir ki, erməni işğalı nəticəsində meydana çıxan insan tələfatı yaranmaqda olan ekoloji fəlakətin əhəmiyyətini azalda bilər

Vyana, 14  iyun, 2013

Azərbaycan xəbərdarlıq edir ki, Ermənistan tərəfindən işğal olunmuş ərazidə yerləşən su bəndinin yararsızlığının dəhşətli nəticəsi ərazidə ekoloji fəlakətə artıq şərait yaratdığından daha çox bənddən aşağı ərazidə yaşayan əhali üçün böyük bir təhlükə yaratmaqdadır.

Sərsəng su anbarı Dağlıq Qarabağ ərazisində yerləşir və 1990-cı illərin əvvəllərində müharibə zamanı erməni qoşunları tərəfindən zəbt olunmuşdur. O vaxtdan bəri Ermənistan suvarma suyu təchizatını nəzərdə tutan su bəndinin aşağısında yerləşən altı rayona məhəl qoymur, yəni Tərtər çayının optimal axınının yalnız 15 faizi axanda həmin rayonlar yay mövsümündə quruyurlar.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə qənaətə gəlmişdir ki, ətraf mühütə dəyən ziyan 460 növ yabanı ağac və kol – bunun da 70 növü dünyanın heç bir yerində bitmir – eləcə də 4 növ məməli heyvan və səkkiz növ quşdan ibarətdir.

Lakin Dağlıq Qarabağ işğalı qurbanlarının adından kampaniya aparan bir millət vəkili bildirdi ki, belə ciddi həcmli ətraf mühit problemləri başqa bir labüd fəlakətə də yol açır. Avstriyanın Vyana şəhərində çıxış edən Elxan Süleymanov bildirdi ki, bərbad vəziyyətdə olan su bəndinin dağılması təhlükəsi onun xalqının bir nömrəli problemidir.

O, bildirdi ki, “Su bəndi dağıntıya məruz qalarsa və ya bəndə zərər yetirilərsə, dörd yüz min insanın yaşadığı ərazi su altında qalacaq, hər iki halın baş verməsi mümkündür”.

“Belə ki, su bəndi zəbt olunandan sonrakı onilliklər ərzində bizi, əlbəttə ki, ətraf mühit böhranı narahat edir, insan həyatı üçün təhlükə bizim bir nömrəli prioritetimizdir.”

Azərbaycan 37 illik su bəndi ilə əlaqədar olan təhlükədən o qədər təşvişə düşmüşdür ki, bəndin dağılması nəticəsində nələrin baş verə biləcəyini təhlil etmək üçün bu yaxınlarda Su-yapi, Chartis və Türk Su İdarəsinin aparıcı mühəndisləri ilə əlaqə yaratmışdır. Məlum olmuşdur ki, 100 və 200km/h arasında uzanan 65 metrə qədər hündürlüklü su divarı ondan aşağıda yerləşən ən azı 20 kəndi bataqlığa çevirə bilər.

Dağlıq Qarabağın işğalından sonra 43,000 hektar təbiət qoruğu Ermənistanın nəzarəti altındadır, bunun da əksər hissəsi heç bir nəzarət olmadığından kənd sakinləri tərəfindən odun kimi istifadə edilmişdir.

Su axını sürətinin zəif olmasının səbəb olduğu problemlərlə yanaşı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın ətraf mühitə qarşı biganə münasibətindən və civə kimi ağır metalların Oxçu və Ağstafa çaylarını çirkləndirməsi ilə nəticələnməsindən xəbər verir.