Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinin qeyri-qanuni işğalı məsələsinin AŞPA gündəliyinə salınması məqsədi daşıyan qətnamə layihələri nəhayət Parisdə AŞPA Bürosu tərəfindən qəbul edilib

AŞPA prezidentinə müraciət
Ağcabədi rayonunun Tərtər çayının hövzəsində yerləşən yaşayış məntəqələrinin siyahısı
Ağ Evin saytında açılmış petisiya ilə bağlı Neft və Sənaye Universitetində görüş keçirilib

Elxan Süleymanov,

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri,

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü

 

Bu gün AŞPA Bürosu tarixi səsvermə ilə 20 səs lehinə, 5 səs əleyhinə olmaqla, mənim tərəfimdən yazılmış və irəli sürülmüş qətnamə təkliflərinin məruzə üçün AŞPA Siyasi Məsələlər Komitəsinə yönləndirilməsi barədə qərar verdi. Olduqca kəskin müzakirələrə səbəb olmuş məruzənin dəqiq başlığı nəhayət, üç nəfərin səs vermədən imtinası ilə əksər çoxluqla “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” kimi qəbul edildi.

Xüsusilə vurğulamalıyam ki, səsvermənin nəticələri həqiqətən tarixi əhəmiyyətə malikdir. Belə ki, 10 il ərzində bəri Avropa Şurasında müzakirə edilməmişdi. Ermənistanın Azərbaycana qarşı güclü lobbiçiliyi, hətta Katiblik rəhbərinin dəstəyi nəticəsində işğal edilmiş ərazilərə dair müzakirəsinə dair bütün təşəbbüslərin qarşısı alınmış və, beləliklə məsələni gündəliyə salmaq qeyri-mümkün olmuşdu. Onu da qeyd edim ki, hazırlanacaq məruzənin başlığının dəqiq ifadəsi barədə müzakirə olduqca çətin idi, belə ki, Azərbaycanın haqlı mövqeyini hərtərəfli formada vurğulamaq üçün bu başlıqda hər söz əhəmiyyət kəsb edir.

Hələ 2013-cü ilin aprel ayında Dağlıq Qarabağ və 7 ətraf rayonun Ermənistan tərəfindən qeyri-qanuni işğalına göz yuman beynəlxalq ictimaiyyəti tənqid edən və AŞPA-da mənim tərəfimdən irəli sürülmüş və 24 deputat həmkarım tərəfindən imzalanmış ilk qətnamə təklifi Strasburqda AŞPA-nın 2013-cü il yaz sessiyasında Assambleya Prezidenti tərəfindən rədd edilmişdi.

9 may 2013-cü ildə Avropa İttifaqının 8 müxtəlif ölkəsindən olan 31 AŞPA üzvü tərəfindən yeni qətnamə təklifi irəli sürüldü. Həmin sənəddə deyilir: “Ermənistan beynəlxalq ictimaiyyətin bir sıra qətnamələrində açıq-aydın silahlı təcavüzə görə həm də Avropa Şurası tərəfindən dəfələrlə ittiham edilən təcavüzkar dövlət kimi xarakterizə edilirdi, belə ki, Ermənistanın bu müstəvidə mövqeyi AŞPA-nın əsas prinsiplərinə ziddir.” Aydındır ki, 31 Avropalı deputat bu qətnamə təklifi vasitəsilə Avropa Şurasının Azərbaycanla bağlı öhdəliklərini yerinə yetirmədiyi faktını vurğulamaq istəyirdi.

Buna baxmayaraq, Avropa Şurası Azərbaycana təzyiq göstərməkdə davam edir və ikili standartlardan əl çəkmək istəmir. Hamısı Avropa İttifaqına mənsub olan yuxarıda adı çəkilən 31 deputat tərəfindən imzalanmış ikinci qətnamə təklifinə Assambleya Prezidenti tərəfindən deyil, bu dəfə Sədarət Komitəsi tərəfindən veto qoyuldu. Beləliklə, 2013-cü ildə açıq-aydın qaydalara uyğun olmasına baxmayaraq, hər iki qətnamə təklifi gözlənilən ədalətli siyasi cavaba nail ola bilmədi. Hər iki sənəd hər hansı müzakirə olmadan rədd edildi. Nə üçün? Nə üçün Avropa Şurası Parlament Assambleyası erməniləri kor-koranə dəstəkləyir və Azərbaycanın ədalətli hüququna məhəl qoymur? Təkrarlanan bu davranışların məqsədi nədir?

26 iyun 2013-cü ildə mənim təşəbbüsüm ilə Strasburqda üçüncü qətnamə təklifi imzalanaraq, irəli sürüldü. Bu qətnamə təklifi 18 müxtəlif ölkədən olan 45 AŞPA üzvü tərəfindən imzalanmışdı. Bu təklif Azərbaycanın işğal edilməmiş cəbhəyanı rayonlarının 400 000 azərbaycanlı əhalisi üçün həyati əhəmiyyətə malik Sərsəng su anbarının işğal nəticəsində baxımsız qalması səbəbindən olduqca bərbad və təhlükəli vəziyyətinin fövqəladə olmasını və onun ətraf rayonların əhalisinə yaratdığı təhlükəni vurğulayaraq, AŞPA-nı təcili və dərhal müəyyən siyasi tədbir görməyə çağırır. Bu səbəbdən qətnamə təklifi Assambleyanı Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən, beynəlxalq hüququn əsas prinsiplərinə zidd olaraq, su ehtiyatları və irriqasiya sistemlərinin qeyri-qanuni blokadasını kəskin pisləməyə səsləyir və Ermənistanın öz gücündən sui-istifadəsini insanlığa zidd hesab edir. Onu da qeyd etməliyəm ki, bu qətnamə layihəsinə qədər iki dəfə Sərsənglə bağlı qətnamə layihələrinə əsassız veto qoyulmuşdur.

Nəticə etibarilə, bu qətnamə təklifi Sosial Komitədə hazırlanaraq, müzakirə edilməsi məqsədilə məruzə üçün Büro tərəfindən qəbul edildi. Bu, irəliyə doğru böyük addım idi, çünki çox illərdən bəri ilk dəfə idi ki, belə mövzuda məruzə hazırlanması barədə razılığa gəlinmişdi. İndi ümidvarıq ki, 2015-ci ilin əvvəlinə qədər Sərsəng su anbarına dair bu məruzənin nəticəsi ədalətli, bitərəf və hərtərəfli olacaq.

Bu arada mənim təşəbbüsüm ilə Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilməsinə dair yeni qətnamə təklifi təqdim edildi və bu qətnamə təklifi  18 iyun 2014-cü ildə AŞPA-nın saytında dərc edildi. Qətnamə təklifi AŞPA-nın 14 üzv dövlətini təmsil edən 58 deputat tərəfindən imzalandı. Büro üzvlərinə AŞPA rəhbərliyi və AŞPA Katibliyinin Azərbaycana münasibətdə ümumilikdə və xüsusilə təqdim olunmuş qətnamə layihəsi ilə bağlı obyektivlik nümayiş etdirəcəyinə səmimi ümid ifadə edən məktub göndərildi.

Lakin gözlənildiyi kimi, iyunun 22-si Sədarət Komitəsinin iclasında AŞPA-nın Baş Katibi cənab Saviçki qətnamə təklifinə qarşı son dəqiqədə prosedur etirazı qaldırdı. Həqiqətən də, Azərbaycanın legitim tələblərindən gəldikdə, yenidən və yenidən erməni lobbisi və onların administrasiyadakı tərəfdarları tərəfindən son dəqiqə qeyri-müəyyən maneələr quraşdırılır.

Bu qətnamə təklifi hələ əvvəldən Sədarət Komitəsində sərt və saxta inzibati maneələrlə üzləşdi və nəticə etibarilə, haqq qazandırılması mümkün olmayan səbəblərə görə sənədin qarşısı alındı və bunun üçün heç bir prosedur qaydası əsas gətirilə bilmədi. Lakin mən işğal edilmiş ərazilər məsələsinin 10 il sonra AŞPA-nın gündəliyinə salınması üçün bu siyasi məqamdan mütləq istifadə etməyə çalışırdım.

Odur ki, çərşənbə axşamı, iyunun 24-ü səhər yeni qətnamə təklifi təqdim etməklə, AŞPA-da işğal edilmiş Azərbaycan ərazilərinə dair açıq və şəffaf müzakirəyə başlamaq və bu mövzuda məruzə və qətnamə hazırlanmasında yenidən təkid etdim. Mən 16 üzv dövlətdən 28 imza topladım. Hətta əvvəldən bizə qarşı mübarizə aparan cənab Saviçki bu nəticədən xeyli təəccübləndi və yeni qətnamə təklifimi qəbul etməkdən başqa çarəsi qalmadı.

Lakin Katibliyin bizim tərəfimizdən irəli sürülən qətnamə təkliflərinin qarşısını almaq istiqamətində mübarizəsi dayanmadı. Katiblik ermənilərin güclü dəstəyi ilə deputatları açıq-aşkar çaşdırmaq məqsədilə “Dağlıq Qarabağ münaqişəsi” adlı qısa başlıqlı başqa bir qətnamə layihəsi hazırladı. Mən dərhal Katibliyin “aldadıcı” strategiyasını anladım. Bu qətnamə təklifi işğal edilmiş ərazilərə dair istənilən müzakirənin qarşısını almaq məqsədi daşıyıyırdı və bu səbəbdən həmkarların çoxu açıq-aydın çaşqınlıq içində idi. bu qətnamə təklifi Avropalı deputatlar üçün ilk baxışda qəbuledilən görünsə də, şübhəsiz ki, tamamilə çaşdırıcı idi. Belə ki, əks tərəfin irəli sürdüyü bu qətnamə təklifi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bərabər yeddi ətraf rayonunun hərbi işğalını nəzərə almırdı.

Nəhayət, irəli sürülmüş qətnamə təklifləri ilə bağlı məsələ Büronun cümə günü, 27 iyun tarixli iclasının gündəliyinə daxil edildi. Beləliklə, qarşıya qoyduğumuz məqsədlərlə bağlı müəyyən irəliləyiş əldə edilmişdi: nəticədə bu məsələyə dair “müəyyən” məruzə hazırlanması barədə ümumi konsensus formalaşmasına dair ehtimallar böyüyürdü. Əsas narahatlıq doğuran məqam isə bu məruzənin adı ilə bağlı idi. Cənab Saviçki açıq-aşkar başlıqda yalnız “Dağlıq Qarabağ münaqişəsi”nin olmasında təkid edir, halbuki mən hər sözün əhəmiyyət daşıdığı “işğal edilmiş bütün ərazilər”in mütləq başlığa daxil edilməsini istəyirdim.

Yeri gəlmişkən, həmişəki kimi bir daha vurğulayıram ki, bu münaqişə deyil, bu silahlı təcavüzlə Azərbaycan torpaqlarının işğalıdır. Katibliyin bəzi ziddiyyətli müdaxilələrindən sonra Büronun 27 iyun tarixli iclası tam çaşqınlıq içində bitdi və qərar 2014-cü ilin sebtyarında Paris iclasına qədər təxirə salındı.

Hesab edirdim ki, bu qədər çox riyakarlıqdan, bu qədər çox rədd və təxirə salmalardan sonra 2 sentyabr 2014-cü il Paris iclası qərarverici olmalıdır. Bundan əlavə, Büronun bu günki Paris iclasında nəhayət, maskalar düşür. O, saxta prosedur maneələrini aşdığı üçün bu gün cənab Saviçki Büro qarşısında məruzə üçün yönləndirilən qətnamə təkliflərinə və sənədin təklif edilən başlığına tamamilə etiraz edərək, Ermənistanın maraqlarını müdafiə etdi. O, siyasi müzakirəyə birbaşa müdaxilə edən AŞPA rəsmisi kimi, qəbul edilmiş başlığın “Ermənistana münasibətdə provokasiya xarakterli” olduğunu bildirdi, halbuki AŞPA daxil olmaqla, bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağ və ətraf ərazilərin Ermənistan tərəfindən işğalının qeyri-qanuni olduğunu hər zaman təsdiqləyib. Beləliklə, cənab Saviçki, AŞPA rəsmisi kimi, sessiyada Büro qarşısında öz təşkilatının qəbul etdiyi qətnamələrin səlahiyyətini inkar etmiş oldu.

Mən AŞPA rəsmilərinin belə bir qəbuledilməz davranışına qarşı çox aydın mövqedən çıxış edir və belə halların qəbuledilməz olduğunu bildirirəm. Zənnimcə, belə bir şəxs uzun müddət Assambleyanın Baş Katibi vəzifəsində çalışa bilməz, çünki, o, bitərəf dövlət rəsmisi kimi fəaliyyət göstərmir, çox həssas siyasi mövzulara toxunur, belə ki, o, çəkinmədən bir üzv dövlətin ölkəmə qarşı təcavüzkar mövqeyini açıq şəkildə müdafiə edir. Cənab Saviçkinin mövqeyi aşkar şəkildə Azərbaycana qarşı belə bir ədavət aparmaqdan ibarətdir, belə ki, mən də Azərbaycan hökumət qurumlarının bu məsələni gecikdirmədən Avropa Şurasının Nazirlər Şurası qarşısında qaldırmasında təkid edirəm və Büronun stenoqrafiyasının araşdırılmasını tələb edirəm.

Lakin bu gün, xoşbəxtlikdən, Parisdə ümumi prinsiplər Katibliyin rəhbəri tərəfindən davam edən manevrlərə üstün gəldi: 20 səs lehinə, 5 səs əleyhinə olmaqla, qətnamə təklifləri Siyasi Məsələlər Komitəsinə göndərildi.

Bu qərarı təhlil edərək, dörd vacib elementi vurğulamaq istəyirəm. İlk növbədə qeyd etməliyik ki, beynəlxalq təşkilatlar hələ də Azərbaycan ərazilərinin qanunsuz işğalı probleminin həllinə məhəl qoymur. İkincisi, indi hər zaman olduğundan daha çox aydındır ki, Azərbaycan öz problemlərini həll etməyin öz yollarını axtarmalıdır. Üçüncüsü, işğal edilmiş ərazilərə dair bu məruzə bitərəf və düzgün şəkildə yazılarsa, bu sahədəki real vəziyyəti əks etdirəcək, beləliklə, gəlin bunun belə olacağına ümid edək. Dördüncüsü, təkrar edirəm ki, işğal altında olan ölkəyə hücum edilməməlidir, baxmayaraq ki, əsasən digər qondarma səbəblərə görə bizə hücum edilir.

Buna baxmayaraq, qəbul edilmiş qərarlara gəldikdə, mübarizə hələ başa çatmayıb. Assambleyanın Strasburqda ayın sonunda keçiriləcək ilk plenar iclasında Büronun qərarı təsdiq edilməlidir. Cənab Saviçki Büroya açıq şəkildə xəbərdarlıq etdi ki, o, Büronun qərarının plenar sessiya tərəfindən qəbul edilməyəcəyini gözləyir. Həqiqətən də, gözləmək olar ki, cənab Saviçki özü bunu gizli koordinasiya edəcək, çünki o, qızğın müdafiəçisi olduğu Ermənistanın maraqlarına zidd olan Büro qərarından olduqca və açıq-aşkar məyus olmuşdu. Saviçki məhz MakNamaranın qətnamə layihəsini iyun sessiyasında anti-Azərbaycan qüvvələrinə Azərbaycanın əleyhinə dəyişməyə nail olmuşdu.

Zənnimcə, Azərbaycanın üzləşdiyi bütün prpoblemlərin təhlili olduqca aydındır: Azərbaycan bu günə qədər əvvəlki qətnamə təklifləri ilə bağlı yalnız təkrarən vetolarla üzləşib və çox təəssüf ki, Avropa Parlamenti, Avronest Parlament Assambleyası yaxud ATƏT Parlament Assambleyası kimi, digər beynəlxalq təşkilatlarda da eyni münasibətlin şahidi oluruq. Hamıya aydındır ki, beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı təzyiqinin yalnız bir səbəbi var: Azərbaycan heç vaxt işğal olunmuş ərazilərinin qaytarılması hüququnu tələb etməməlidir. Lakin beynəlxalq təşkilatlar başa düşməlidir ki, Azərbaycan xalqı bir neçə beynəlxalq qətnamədə birmənalı şəkildə öz təsdiqini tapmış qanuni tələblərindən əl çəkməyəcək.

Aydındır ki, beynəlxalq təşkilatlar, o cümlədən AŞPA beynəlxalq ictimaiyyəti davam etməkdə olan bu ədalətsizlikdən yayındırmaq üçün davamlı olaraq məqsədli və qərəzli şəkildə Azərbaycanın insan hüquqları və azadlıqları geniş şəkildə pozan anti-demokratik ölkə imicini formalaşdırmağa çalışırlar.  Azərbaycanın ictimai rəyi inanır ki, AŞ-da və beynəlxalq təşkilatlarda Azərbaycana qarşı bu kimi davamlı kampaniyanın bir əsas məqsədi var: Ermənistan tərəfindən 1 milyon Azərbaycan vətəndaşının hüququnun kütləvi və geniş şəkildə pozulmasını, 20 ildir ki, qaçqın və məcburi köçkünlərin olmasını və onların öz evlərinə qayıdaraq təhlükəsiz yaşamaq hüquqlarının təmin olunmamasını və bütün bunların beynəlxalq təşkilatların diqqətindən kənarda qalmasını beynəlxalq ictimaiyyət tərəfindən unudulmasına nail olmaq.

Nəhayət, müsbət gözləntilərlə fikrimi tamamlamaq istərdim. AŞPA bir neçə ay ərzində Sərsəng su anbanbarı barədə qətnamə təklifini ciddi şəkildə nəzərə alaraq vicdanlı əməkdaşlıq və yaxşı siyasi təcrübəni həqiqətən dəyərləndirdiyini sübüt edə bilər. Daha sonra isə, Assambleya Siyasi Məsələlər Komitəsinin növbəti məruzəsində Azərbaycan ərazilərinin qeyri-qanuni zəbt edilməsi məsələsinin AŞ üçün real və səmimi narahatlıq olduğunu sübut edə bilər. Lakin şübhəsiz, beynəlxalq ictimaiyyətə aydın olmalıdır ki, Azərbaycan bu ədalətli və doğru yolundan çəkinməyəcək.

AŞPA Bürosunda bugünki nəticələrə gəlincə, sonda təvazökarlıqla demək istəyirəm ki, bütün bu illərdən sonra hər iki məsələ – Sərsəng su anbarı və işğal olunmuş ərazilər – barədə məruzələrə start verilməsinə nail olunması ilə qürur hissi yaşayıram və qətnamə layihələrinə imza atan çoxsaylı həmkarlarıma və son Büro iclasında iştirak edən bütün həmkarlarıma bu ədalətli prosesdə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm.

Lakin iş hələ indi başlayıb. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktı ilə bağlı  ədalətsizliyə qarşı ədalətsiz mövqe tutan beynəlxalq qurumlarla siyasi mübarizə hələ qabaqdadır.

Paris, 2 sentyabr 2014-cü il