Azərbaycanlı gənclərinin xaricdə təhsili mövzusunda dəyirmi masa keçiriləcək

Xaricdə oxuyanların işlə təmin olunması problemi müzakirə edilib
Elxan Süleymanov: “Biz böyük bir ədalətsizliyin, haqsızlığın şahidi olduq”
AVCİYA Parlament seçkilərinə hazırlığın I mərhələsini başa vurdu

Azərbaycanlı gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının həyata keçirilməsində nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçiriləcək.
Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı (AKTAM) və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası “Azərbaycanlı gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının həyata keçirilməsində nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirməyi nəzərdə tutur.
AKTAM təşkilatından avciya.az saytına daxil olan məlumata görə, tədbirə təhsil orqanlarının rəsmiləri, ekspertlər, hüquqşünaslar, QHT və KİV təmsilçiləri dəvətlidirlər. Tədbir 5 noyabr 2009-cu il saat 12.00-da “Caspian Plaza” Biznes Mərkəzinin Konfrans Zalında keçiriləcəkdir.

AVCİYA.AZ