AZƏRTAC-ın xüsusi müxbiri Ukrayna jurnalında Prezident İlham Əliyevin uğurlu xarici siyasətindən yazıb

Bakıda “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu keçirilib
Ermənilərin insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət əməllərini təsdiq edən kitab
Cüdoçumuz Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Ukraynanın tanınmış “Diplomat” jurnalında AZƏRTAC-ın Ukrayna, Belarus, Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinə həsr olunan “İşıqlı gələcəyə aparan yol” sərlövhəli məqaləsi dərc edilib.

Ukrayna və ingilis dillərində dərc olunan məqalədə dövlətimizin başçısının Azərbaycanın milli maraqlarına xidmət edən xarici siyasəti barədə geniş məlumat verilib.

Müəllif məqaləsində yazır: “Dünyada yaranan yeni münaqişə ocaqları, beynəlxalq qanunların təməl prinsiplərinin pozulması, ikili siyasət və digər bu kimi amillər hər bir dövlət başçısından daha praqmatik, uzaqgörən siyasət yürütməyi tələb edir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət ölkəmizi beynəlxalq aləmdə söz sahibinə çevirib. Azərbaycan bütün ölkələrlə münasibəti mehriban qonşuluq və səmimi tərəfdaşlıq üzərində qurub, bu əməkdaşlığa daim sədaqətini nümayiş etdirir”.

Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyevin rəhbər tutduğu ideya və prinsiplər yürüdülən xarici siyasətin xalqımızın milli maraqlarına uyğun olduğunu göstərir və bu siyasətin uğurunu şərtləndirir.

“Daha dəqiq ifadə etsək, İlham Əliyev prezidentliyi dövründə uğurlu xarici siyasətin Azərbaycan modelini yaradıb. Sözsüz ki, xarici siyasətin uğuru daxili siyasətdə əldə olunan nəticədən asılıdır. Azərbaycan Prezidenti ilə xalq arasında birlik olmasa, xalq öz rəhbərinə etimad göstərməsə, ictimai-siyasi sabitlik hökm sürməsə hər hansı uğurdan danışmaq mümkün deyil. Xalq-hakimiyyət birliyi Azərbaycanda qazanılan uğurların təminatıdır.

Bu gün Azərbaycanın strateji düşüncəli, uzaqgörən, qətiyyətli lideri, güclü düşünən beyinləri var. Prezident İlham Əliyev Azərbaycan dövlətinin inkişafı, xalqının milli maraqları naminə çevik, praqmatik qərarlar qəbul edir. Azərbaycan xalqı bu işıqlı yolu çoxdan seçib”, – deyə müəllif yazısında vurğulayır.