Azərbaycan bölgələrində seçkilərlə bağlı ictimai tədbirlərin keçirilməsinə ehtiyac var

Dünya azərbaycanlılarına
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2018” sərgisi ilə tanış olub

Azərbaycanın bölgələrində seçkilərlə bağlı ictimai tədbirlərin keçirilməsinə ehtiyac var. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı keçirdiyi mətbuat konfransında ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib. “Bölgələrdə vəzifələrini icra edən məmurlar da seçicilərin maarifləndirilməsinə dair tədbirlərin keçirilməsinə maraq göstərirlər”, – Yaqubova deyib.
Azərbaycanda parlament seçkisi noyabrın 7-də keçiriləcək.
Mərkəz rəhbərinin sözlərinə görə, seçki maarifləndirilməsinə dair bölgələrdə keçirilən tədbirdə icra strukturlarının nümayəndələri aktiv iştirak ediblər.
Yaqubova seçkilərdə qadın seçicilərin daha çox cəlb olunmasının vacibliyini vurğulayıb./Trend/