“Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi üçün təkliflər veririk”

Xarici səyyahlar Şuşa şəhərinə səfər edib
Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusu əsaslı bərpa və yenidənqurmadan sonra açılıb
Operativ Qərargah: Təhsil müəssisələrində tətilin vaxtı uzadıldı

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas “Report”a müsahibəsində Azərbaycanın nəqliyyat qovşağına (habına) çevrilməsindən danışıb.

– Artıq bir müddətdir ki, biz “Aviasiya sazişi”nin imzalanacağı ilə bağlı xəbərlər eşidirik. Bu sazişin imzalanması nədən yubanır və onun tətbiqi bizə nə verəcək?

– “Aviasiya sazişi” Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi, “İpək yolu”nun bərpası, ölkəyə daha çox turistin cəlbi baxımından külli miqdarda imkanlar yaradacaq. Nümunə üçün deyim ki, oxşar razılaşmalar Avropa İttifaqı digər ölkələrlə də imzaladı və bu daha çox biznes imkanlarının genişləndirilməsinə şərait yaratdı. Hansı ki, bu, həm ölkə, həm də vətəndaşlar üçün yaxşıdır. Hazırda Azərbaycanla olan saziş, təxminən, hazırdır. Biz Azərbaycan tərəfinin son təkliflərini gözləyirik. Aİ olaraq biz Azərbaycanla tezliklə bu sazişi imzalamağa hazırıq.

– Bir qədər sualımı dəqiqləşdirim. “Aviasiya sazişi”nin imzalanmasına hansı amillər mane olur?

– Biz danışıqlarda heç vaxt problemlərdən danışmırıq. Biz, sadəcə, hər iki tərəf üçün gələcək imkanlara yol açacaq razılaşma üçün çalışırıq. Hazırda saziş üzrə bir çox işləri yekunlaşdırmışıq. Tezliklə son təkliflər də masanın üzərində olacaq və imzalanma üçün hazır olacaq.

Biz Avropa və yerli daşıyıcı, həmçinin Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi və Azərbaycan vətəndaşları üçün ən yaxşı imkanlar aça biləcək təkliflər veririk.

– Nəqliyyat qovşağı demişkən, bir müddət əvvəl Dünya Bankının Azərbaycan nümayəndəliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan dəmiryolları infrastrukturunun yenidən qurulmasının maliyyələşdirilməsi üçün danışıqlar aparıldığını bildirmişdilər. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Avropa İnvestisiya Bankı (EIB) bu prosesə dəstək verə bilərmi?

– İcazə verin, izah edim. Dediyim kimi, birincisi, Azərbaycan regionda nəqliyyat qovşağı olmaq istəyir. Bunun mənası odur ki, bütün nəqliyyat xətləri Azərbaycanda kəsişir. Şimal, Cənub, Şərq və Qərbi Avropa İttifaqı olaraq biz təkcə Şərq və Qərb nəqliyyat yollarının deyil, eyni zamanda Şimal və Cənub yollarının da Azərbaycanda kəsişməsindən maraqlıyıq. Bu həmin nəqliyyat qovşağının necə əlaqəli işləməsini göstərir. Biz Azərbaycanda daha çox yolların kəsişməsini dəstəkləyirik. 

İkincisi, mən bildiyim qədər, EBRD və Asiya İnkişaf Bankı (ADB) bu prosesə dəstək verməyə hazırdır. EBRD-nin dəstəklədiyi Gəncədən-Tbilisiyə gedən yolun sərhədə qədər olan hissəsinin yekunlaşdırılması işləri gedir. Həmçinin ADB Bakı-Yalama dəmiryolu xəttinin reabilitasiyasının həyata keçirilməsinə dəstək verir. İnanıram ki, əgər Azərbaycan daha böyük dəstək istəsə EBRD və EIB dəstək verə bilər. Biz öz ortaq maraqlarımız naminə Azərbaycana dəstək verməyə hazırıq.

Report.az