Əhali
08.09.2011 12:54

Əhali

2011-cü ilin əvvəlinə Azərbaycan Respublikasının əhalisi 9 111.1 min nəfər, o cümlədən 4 829.5 min nəfər və ya 53.0%-ni şəhər və 4 281.6 min nəfər və ya 47.0%-ni kənd sakinləri təşkil etmişdir. Ölkə əhalisinin ümumi sayından 4 milyon 519 min nəfəri, yaxud 49.6 % kişi, 4 milyon 602 min nəfəri və ya 50,4 % qadınlardır.

Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin ümumi sayından 23%-i 0-14 yaşda, 71%-i 15-64 yaşda, 6%-i isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29%-i 18-34 yaşda olan gənclərdir, onların yarıdan bir qədər çoxu şəhər yerlərində yaşayır.

Əhalinin orta yaşı 31 yaş təşkil edir.

Ölkə əhalisinin 86,6 % azərbaycanlılar, 2,2 % ləzgilər, 1,8 % ruslar, 1,5 % ermənilər, 5,0 % talışlar, 0,6 % avarlar, 0,5 % türklər, 0,4 % tatarlar, 0,4 % ukraynalılar, 0,2 % saxurlar, 0,2 % gürcülər, 0,2 % kürdlər, 0,13 % tatlar, 0,1 % yəhudilər, 0,05 %udinlər, 0,12 % isə digər millətlərdir.

oxşar xəbərlər