Azərbaycan Estoniyada keçirilən “Qafqaz ritmləri” beynəlxalq festivalında təmsil olunub
15.05.2017 14:12
Tallinn şəhəri Lindakivi mədəniyyət mərkəzində "Qafqaz ritmləri” 4-cü beynəlxalq festivalı keçirilib. Festivalda Estoniya və Latviyada fəaliyyət göstərən Qafqaz xalqlarının mədəniyyət mərkəzlərinin yetirmələri öz maraqlı rəqs və mahnıları ilə çıxış ediblər.
Azərbaycanı bu festivalda "Orhan” Estoniya Azərbaycan həftəsonu məktəbinin rəqs qrupu və "Qratsiya” rəqs ansamblı layiqincə təmsil ediblər. Bu qrupların ifasında tamaşaçılara təqdim olunan "Toy”, "Qaytağı”, "Uzun dərə” və "Yallı" rəqsləri alqışlarla qarşılanıb.
Festivalın sonunda iştirakçılar fəxri fərman və xatirə hədiyyələri ilə təltif olunublar.
Nigar Cəfərli, AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn

oxşar xəbərlər