“IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərgi keçiriləcək
12.07.2017 12:08
İyulun 11-də Gənlər və İdman Nazirliyinin təşkilatçılığı, "Azəridmanservis” MMC-nin dəstəyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və nazirliyin mətbu orqanı olan "İdman” qəzetinin informasiya dəstəyi ilə Muzey Mərkəzində "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərgi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 21 idman növü üzrə 54 ölkənin qatıldığı beynəlxalq yarışda 3 mindən çox idmançı gücünü sınayıb və medallar uğrunda mübarizə aparıb.
Sərgidə 52 müəllifin 200-ə yaxın əsəri nümayiş olunacaq. Giriş sərbəstdir.

oxşar xəbərlər