XİN: Azərbaycan beynəlxalq ictimaiyyətin Myanmada müsəlmanlara qarşı zorakılığın dayandırılması istiqamətində səylərini dəstəkləyir
06.09.2017 12:11
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarına münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, XİN mətbuat xidmətinin rəhbəri deyib: "Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatlığımızı ifadə edirik. Biz beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın dayandırılması istiqamətində səylərini dəstəkləyirik”.

oxşar xəbərlər