Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Lapşinin əfv olunması haqqında Sərəncam imzalayıb
11.09.2017 14:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Aleksandr Lapşinin əfv edilməsi ilə bağlı Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Aleksandr Lapşin Prezidentin Sərəncamına əsasən cəza çəkməkdən azad edilib.

oxşar xəbərlər