Azərbaycanın müdafiə naziri İsraildə Holokost qurbanlarının xatirə kompleksini ziyarət edib
12.09.2017 13:57
İsrailə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti İkinci Dünya müharibəsi illərində nasizmin qurbanı olmuş yəhudi xalqının nümayəndələrinin xatirəsinə ucaldılan "Yad Vaşem” memorial kompleksini ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Holokost qurbanlarının abidəsi önünə əklil qoyub və kompleksin xatirə kitabını imzalayıb.

oxşar xəbərlər