“Azərbaycan Bələdiyyə Sistemi” jurnalı

AVCIYA 24 gün ərzində müşahidəçilərə 36 seminar keçirib
Elxan Süleymanov ATƏT DTİHB-nin direktoruna müraciət edib
AVCİYA bələdiyyə seçkilərinin müşahidəsinə dair aralıq hesabatını açıqlayıb

2007-ci lin yanvar ayından başlayaraq Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası “Azərbaycan bələdiyyə sistemi” jurnalının nəşrinə başladı. Jurnal ildə dörd dəfə nəşr ediləcək dərgi respublikamızda bələdiyyələrin öz işlərini müasir tələblər səviyyəsində qurması prosesində yaxından iştirak edəcək. Jurnal bələdiyyə üzvləri və qulluqçuları, mütəxəssislər və tədqiqatçılar, habelə bu sistemin inkişafında və problemlərinin həllinə maraqlı olan hər bir şəxs üçün nəzərdə tutulub.

Jurnalın hər sayında bələdiyyələrlə bağlı Azərbaycan Respublikasının qanunları və digər normativ sənədləri, o cümlədən tanınmış elm adamlarının elmi-nəzəri və praktik məqalələri çap olunacaqdır.

Azərbaycan yerli özünüidarəetmə sisteminin inkişafında maraqlı olan jurnal bu sahədə ilk elmi, nəzəri-praktik dərgidir. Jurnalının baş redaktoru Vüqar Tofiqlidir.