Bu gün "Eurovision 2012" mahnı müsabiqəsinin iştirakçılarının repetisiyalarının ikinci günü başlayıb. Trend-in məlumatına görə, 9 ölkənin iştirak edəcəyi məşqlərə ilk olaraq müsabiqədə ifa edəcəyi "Time" mahnısı ilə İsrail təmsilçisi İzabo başlayacaq. Repetisiyadan sonra müğənnilər mətbuat konfransı keçirərək Bakı və məşqləri haqqında öz təəssüratlarını yerli və xarici jurnalistlərlə bölüşəcək və onları maraqlandıran sualları cavablandıracaqlar.
Tarix : 14-05-2012, 14:15
"Bakı Kristal Zalı"nda Eurovision Mahnı Müsabiqəsi 2012-nin birinci və ikinci yarımfinallarının interval aktlarının məşqləri başlayıb. Trend şənbə günü eurovision.az saytına istinadən xəbər verir ki, mayın 11-də birinci yarımfinalın interval aktında çıxış edəcək "Natiq" ritm qrupunun məşqi olub. Elə həmin gün Eurovision Mahnı Müsabiqəsi 2012-nin ikinci yarımfinalının interval aktında performans təqdim edəcək son 5 ilin Eurovision qaliblərinin dublyor məşqi də uğurla keçirilib.
Tarix : 12-05-2012, 10:35
Eurovision.tv saytı Bakının "Eurovision 2012" mahnı müsabiqəsinə hazırlığı ilə bağlı növbəti şəkilləri təqdim edib.
Tarix : 18-04-2012, 15:21
"Eurovision 2012" Mahnı Müsabiqəsinin keçirilməsi üçün "Baku Crystal Hall"-ı inşa edən şirkət artıq işini təhvil verir. Trend-in məlumatına görə, bunu bazar ertəsi "Eurovision-2012"-ə hazırlıq prosesi ilə bağlı aparılan işlərin yekununa dair keçirilən mətbuat konfransında "Eurovision"-un rəsmi tərəfdaşı olan Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib. Onun sözlərinə görə, arenanın inşası zamanı hava şəraiti ilə bağlı çətinliklər var idi və tikintidə 3 həftə gecikmə oldu.
Tarix : 16-04-2012, 17:48
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi hotellərdən "Eurovison-2012" Mahnı Müsabiqəsinə gələn insanlar üçün yerləşdirmə qiymətlərinin adi günlərdəkindən fərqli olmayacağı barədə zəmanət alıb. Trend-in məlumatınma görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, müsabiqə ilə əlaqədar hotellərin qiymətləri artmayacaq.
Tarix : 12-04-2012, 15:20
“Bakıda “Eurovision” müsabiqəsinin keçirilməsi gözəl və parlaq hadisədir. Biz Azərbaycanda keçiriləcək müsabiqəyə görə eyni həyəcan keçiririk”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko verib. “Qeyd etmək istəyirəm ki, Rusiya bu möhtəşəm müsabiqənin Azərbaycanda keçirilməsi üçün 12 balı məhz ölkənizə verib.
Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi dövrdə sabitliyin və təhlükəsizliyin təmin olunmasının yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün zəruri qüvvə və vasitələr səfərbər olunub. Trend-in məlumatına görə, bunu milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetində dərc olunmuş yazısında bildirib.
Tarix : 28-03-2012, 12:26
Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin “EuroClub” və “EuroVillage”in məkanları açıqlanıb. “Eurovision-2012” mahnı müsabiqəsinin İşçi Qrupundan APA-ya verilən məlumata görə, “EuroClub” Əl Oyunları İdman Sarayı, “EuroVillage” isə Bakı Bulvar ərazisində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında olacaq. Qeyd edək ki, “EuroClub” “Eurovision” mahnı müsabiqəsinin əsas və əyləncəli məkanlarından biridir. Nümayəndə heyətləri, müsabiqədə akkreditasiya olunan media nümayəndələri və fanatların vaxtlarını maraqlı keçirdikləriyi şənlik və musiqili yer məhz “EuroClub”dur.
Tarix : 19-03-2012, 10:22
AzərTAc xəbər verir ki, iclasda Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı fəal hazırlıq işlərinin aparıldığını bildirdi.Azərbaycanın birinci xanımı “Eurovision-2012” mahnı müsabiqəsinin ən yüksək səviyyədə keçirilməsinin vacibliyini vurğuladı və Təşkilat Komitəsi üzvlərinin diqqətinə çatdırdı ki, bu istiqamətdə bir çox məsələlər artıq həllini tapmış, amma bununla belə icrası vacib bəzi məsələlər də vardır.
Tarix : 17-03-2012, 11:14
Bu ilin mayında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsində iştirak edəcək 42 ölkənin təmsilçisi məlumdur. APA-nın məlumatına görə, «Baku Crystal Hall»da mayın 22-si və 24-də keçiriləcək yarımfinalların hər birində 18 ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq. Böyük beşlik - Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya, eləcə də ötən ilin qalibi Azərbaycan birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış etmək hüququna malikdir.
Tarix : 15-03-2012, 15:11
|