"Eurovision 2012" mahnı müsabiqəsinin konsepsiyası təsdiq olunub
Azərbaycan » eurovision-2012 / (29-12-2011, 10:47)

Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinin konsepsiyası təsdiq olunub. "Eurovision 2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsindən Trend-ə verilən məlumata görə, "Eurovision" müsabiqəsinin konsepsiyası hər il ev sahibi olan ölkə tərəfindən yenilənərək buna uyğun şüar və simvol hazırlanır. Ənənəvi olaraq şounun konsepsiyasını özündə əks etdirən şüar və simvol "Eurovision" mahnı müsabiqəsinin əsas loqosuna əlavə edilir. Hər iki element müsabiqənin keçirildiyi ölkəyə aid olmaqla yanaşı, həm də "Eurovision" layihəsinin mahiyyətinə uyğun seçilməlidir.


AVCIYA.AZ Yuxarı