“Gələn həftə “Eurovision” müsabiqəsində iştirak edəcək ölkələrin siyahısını təqdim edəcəyik”
Azərbaycan » eurovision-2012 / (13-01-2012, 12:41)

Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012 mahnı müsabiqəsində iştirak edən ölkələrin siyahısının gələn həftə açıqlanması gözlənilir. APA-nın escdaily.com saytına istinadən yaydığı məlumata görə, bu barədə “Eurovision Song Contest”in təşkilatçı məsələlər üzrə direktoru (supervisor) Sietse Bakker deyib. Onun sözlərinə görə, iştirakçı ölkələrin siyahısının gələn həftə açıqlanması nəzərdə tutulur.
O bildirib ki, Ermənistanın Bakıda keçiriləcək müsabiqədə iştirakı hələlik məlum deyil: “Biz AMPTV ilə iyundan bəri müsabiqədə iştirakla bağlı danışıq aparırdıq. Hazırda biz onların müsabiqədə iştirak edib-etməyəcəyi haqqında heç nə deyə bilmərik. Biz gələn həftə iştirakçı ölkələrin siyahısını təqdim edəcəyik, ayrı-ayrı ölkələrin iştirakını isə şərh etmirik”.
Qeyd edək ki, Ermənistanın 57-ci “Eurovision” müsabiqəsində iştirakı hələ də sual altındadır.


AVCIYA.AZ Yuxarı